Hamiləlik dövründə yuxu.
Qadınların əksəriyyətində yuxusuzluq artıq hamiləliyin ilk üç ayında özünü biruzə verməyə başlayır. Hamiləlik dövründə qadınların yuxusuzluq kimi bir problemlə qarşılaşmalarının səbəbi nədir?
Dölün ölçü həcmi yuxusuzluq probleminin ilk səbəblərindən sayıla bilər,çünki məhz buna görə hamiləqadın yuxu zamanı rahat vəziyyət tapa bilmir. Əgər siz, adətən, qarnı üstə və arxası üstə yatmağa alışmısınızsa, böyrü üstə yuxuya getmək, əlbəttə, sizə çətin olacaq. O cümlədən, dölün inkişafından asılı olaraq yuxu zamanı hərəkətlərdə müəyyən çətinliklərin mövcüdluğu mümkündür.Diğər faktlar da var ki, bu da yuxusuzluğa gətirib çıxaran amillərdən sayıla bilər. Belə ki:
• Tez-tez sidik infazının baş verməsi sizin böyrəklərinizdə qan dövranının adəti halından fərqli olaraq daha da intensivləşməsinə gətirib çıxarır. Süzülmə zamanı urinanın bədəndən xaric olması daha çox olur. Bundan əlavə dölün müəyyən həcmdə böyüməsi sidik kisəsinə təzyiq göstərir və bu da sidiyin orqanizmdən tez-tez xaric olunmasına gətirib çıxaran amillərdən biri sayıla bilər.
• Ürək döyüntülərinin tezliyi. Hamiləlik dövründə ürək döyüntülərinin artması ürəkdə qanın daha çox vurmasına gətirib çıxarır. Uşaqlığı qanla təmin etməktən ötrü ürək daha intensiv fəaliyyətdə olmalıdır. Bu da bütün orqanizmin qanla bərpa olunmasını təmin edir.
• Oksigen çatışmazlığı. Hamiləlik dövründə hormonların nisbətən qalxması nəfəs yollarına da təsirdən yan keçmir və bu da tənəffüsü çətinləşdirir. Uşaqlığın böyüməsi ilə nəfəsalma çətinləşir.
• Ayaqlarda qıcolma və beldə ağrı. Beldə və ayaqlarda ağrı artıq çəkinin mövcüdluğundan yaranır. Hamiləlik dövründə relaksin hormonları yaranır və bu da orqanizmdəki qığırdaqlara təsir göstərir. Relaksin sidik kisəsinin yanında yerləşən qasıq sümüyünü zəiflədir. Ümumiyyətlə, relaksin doğuşu rahat təmin edən bir prosesdir. Lakin təəssüflə qeyd etməliyik ki, bəzi vaxtlarda o, sümüklərə və çanağa müəyyən mənfi təsirlərdən yan keçə bilmir. Hamiləlik zamanı qadınlarda relaksin hormonu normadan 10 dəfə artıq ifraz olunur, özü də bədəndəki bütun sümüklərə təsir etmək şərtilə. Bu da bel və oynaq ağrılarına gətirib çıxarır. Relaksin hamiləlik zamanı ayaq ölçülərinin böyüməsində də "günahkardır".
• Mədə yanması. Mədədə olan yanma və hərarət hissi döşaltı qəfəsdə mədə tutumunun aşağı nahiyəsində yerləşən qida borusunun selikli qişasının qıcıqlanması nəticəsində yaranır. Hamiləliyin sonraki mərhələlərində mədə göynəmələri onunla izah olunur ki, uşaqlığın həcminin böyüməsi mədəyə təzyiq göstərərək onu sıxıb qabardır və mədə tutumunun qida borusunda ifrazına "kömək" edir.
Yuxusuzluqla necə mübarizə aparmalı?
• Gün ərzində özünüzü yükləməkdən bir qədər yan keçin. Sutka ərzində qazanılmış yorqunluq heç də sizi dərin yuxuya aparmır. Əksinə,gün ərzində yığılmış bu yorğunluq sizi sərbəstləşdirmir, rahatlamır.
• Əgər siz gün boyu bir neçə dəfə yatmağa üstsnlük verirdinizsə, çalışın bir neçə gün bu vərdişinizdən imtina edəsiniz. Gündüz yuxusunu ixtisar etməklə sabit gecə yuxusunu bərpa edə bilərsiniz.
• Əgər sizi qarışıq yuxular narahat edirsə, unutmaqdan ötrü yuxunuzu yaxınlarınızla ( ər, ana və ya rəfiqənizlə) bölüşün. Psixoanalitiklər belə hesab edirlər ki, gecə yuxularının yaxın adamlarla müzakirəsi yuxusuzluq qarşısındakı qorxuya müsbət və effektiv təsir göstərir.
1. Gün ərzində özünüzü çox da ağır olmayan, gücünüz və imkanınız daxilində olan fiziki hərəkətlərlə sınayın.
2. Bu sıradan üzgüçülüklə məşğul olmaq ən faydalı fiziki hərəkətlərdən biri sayıla bilər. Bundan əlavə hamilələr üçün aerobika hərəkətləri, gəzintilər və hətta rəqs belə sizə müsbət təsir göstərə bilər. (axırıncı hal, əlbəttə ki, sizin hamiləliyinizin mərhələsindən və vəziyyətinizdən asılıdır).
Axşam yatmazdan iki saat öncə siz özünüzü rahat yuxuya hazırlamalısınız. Bu yuxu sakitliyi, əmin-amanlığı ilə sizi cəlb etməlidir. Bunu üçün siz:
1. Günün bu mərhələsində emosional durumdan, stres hallarından kənarlaşmağa çalışın.
2. Axşam vaxtı xoşagəlməz söhbətlərdən, mənasız mübahisələrdən yan keçin. Doğmalarınız və tanışlarınızdan təvəqqe edin ki, gecə vaxtı mümkün qədər sizə telefon açmasınlar.
3. Yuxudan əvvəl ilıq vanna qəbul edin. Buraya siz çobanyastığı və ya ətirli yağlar (məsələ lavanda) əlavə edə bilərsiniz ki, bu da vücudunuzun yüngünlləşməsinə, rahatlığına gətirib çıxara bilər.
4. Çalışın ki, gecə vaxtı maye az qəbul edəsiniz (gün ərzində bu maye 6-8 stəkan qədər olmalıdır). Düzgün maye qəbulu yuxusuzluqla mübarizədə sizə müəyyən mənada dəstək ola bilər.
5. Yatağa getməmişdən öncə bir fincan isti süd içsəniz daha məqsədə uyğun olar (əgər südün təamı ağız dadınıza uyğun deyilsə, siz südə bal, şəkər və ya darçın əlavə edə bilərsiniz). Onu da qeyd edək ki, süddə triptofan deyilən bir maddə var ki, bu da təbii yuxugətirici, sakitləşdirici bir effektə malikdir.Bitki çaylarından ( bu sıradan çobanyastığı çayı rahatlatıcı olduğu üçün daha məqsədə uygundur) idstifadə də effektivdir. Tonusverici çaylardan (xüsusilə də qəhvədən ) imtina etməniz məsləhətdir.
Gecə:
1. Hər şeydən öncə çalışın sinirlərinizi qoruyasınız, əsəbləşməyəsiniz. Yuxusuzluğunuzdan əziyyət çəkməyinizi düşünməyin. Bu sizin halınızı daha da pisləşdirər.
2. Yataq otağınız sərin olmalıdır (otağın soyuqluğundan ehtiyatlanın). Gece köynəyiniz təbii materialdan hazırlaşmış rahat bir geyim olmalıdır.
3. Rahat yastiqlar hamilə qadınların köməyinə gəlməlidir. Bu yastıqlar üçdən az olmamaq şərti ilə müxtəlif ölçülərdə olmalıdır. Hamilə qadınlar üçün təyin olunmuş xüsusi klinvari yastıqlar mövcuddur ki, bu da hamilənin qarın nahiyasinə dirəməklə qadınlara xüsusi rahatlıq gətirir. Doğuşdan sonra bu cür yastıqlar övladınızın ana südü ilə qidalanması zamanı sizə kömək ola bilər. Yastığı yan tərəfinizə, boynunuzun altına, ayaqlarınızın arasına, beləcə, bütünlüklə sizin rahatlığınızı təmin edəcək üsullarda istifadə edə bilərsiniz. Siz hətta başınızın altına əlavə yardımcı yasdıqlar qoya bilərsiniz ki, bu da sizin rahat nəfəsalmanıza gətirə bilər.
4. Özünüzün rahatlığınızı təmin edəcək məqamları axtarıb tapın. Hamiləliyin ilk dövrlərində qarnı üstə yatmaqdan çəkinin. Qəribə də olsa arxası üstə yatmaq hamilə qadın üçün effektiv vəziyyət sayıda bilməz. Əsasən, hamiləliyin ikinci ayından etibarən orqanizmdəki diskomfort onunla müşahidə olunur ki, böyüyən döl bağırsaqlara təzyiq göstərir, onu sıxır, böyrəklər və daxili orqanlar əziyyət çəkir. Arxası üstə yatmaq babasilin yaranmasına, nəfəs daralmasına, arterial təzyiqin enməsinə və baş ağrılarına gəritib çıxarır. Belə vəziyyətdə yatmağın ən təhlükəlisi aşağı ətraflarda damar pozuntularına gətirib çıxara bilər. 25 heftə hamiləlik dövrünü yaşayan qadınlar belə təhlükəli risqə daxildirlər. Aşağı boş vena onurğa nahiyəsindən keçir və əsas funksiyası ondan ibarətdir ki, o, qanı aşağı ətraflardan ürəyə qədər daşıyır. Beləki, venaya olan basınc nəticəsində işləyən qanın həcmi azalır. Bu zaman başgicəllənmə, oksigen çatışmazlığı hissiyatı hamiləni müşayət edir. Bu hətta inkişaf edən körpəyə mənfi təsir göstərir. Məsləhət görülür ki, yan üstə yatasınız. Arzu olunar ki, sol yan üstə yatasınız. Əgər sizi arxası üstə yatmaq cəlb edirsə, onu yastıqlardan istifadə etmək şərti ilə edin. Bu yastıqları qarın nahiyəsinə, ayaqların arasına qoymaq şərti ilə rahatlığınızı müəyyən nisbətdə təmin edə bilərsiniz. Bu, ombadaki yükü, ağrını götürə bilər.
5. Əgər yarım saat ərzində siz yata bilmirsinizsə, o zaman otağınızı dəyişin və bir qədər rahatlanın. Jurnal vərəqləyin, kitab mütaliə edin, həzin musiqiyə qulaq asın. Yuxunun gəldiyini hiss etdiyiniz zaman yataq otağına keçin.
Yuxu dərmanları
Yuxugətirici həbləri, əlbəttə ki, bütün başqa dərman preperatları kimi qəbul etmək olmaz. Hamiləliyin ilk üç ayında yuxugətirici dərmanlardan istifadə etməyi həkimlər qəti şəkildə qadağan edir. Çünkü bu dövrdə dölün hüceyrələri formalaşmağa başlayır. Və hamiləliyin digər mərhələlrində də həkimlər bu həblərdən, dərmanlardan, yetərincə ciddi səbəb olmadan, istifadə etməyi qadınlara məsləhət görmür.
Leyli Sadıqlı- Mama-Ginekoloq