Yoqa+Pilates (Təbii Doğuşa Hazırlıq)

Yoqa  ilə pilatesi birləşdirən məşqlərimiz gələcək ananı doğuşa hazırlamağa kömək edir.  

Təlim məşqlərinin faydası nədən ibarətdir?

*Bədəni doğuşa hazırlamaq
*Çanaq dibi əzələləri doğuşa hazırlamaq

* Bel ağrısı, ayaqlarda şişkinlik, qəbizlik, yorğunluq, yuxusuzluq, zəiflik kimi problemlərdən kənarda qalmaq

*Doğuş və sancı zamanı lazım olan nəfəs texnikasını öyrənmək

*Sancıları yüngülləşdirəcək hərəkət və pozaları öyrənmək

* Orqanizmin endokrinik sistemini qaydaya salmaq(məlumdur ki, bu dövrdə hormonların sabitliyi pozulur)

* Sinir sistemini qaydaya salmaq
* Orqanizmi oksigenlə təmin etmək

* Həyəcanlı anlardan uzaq olmaq, əhval-ruhiyyəni yüksəltmək

Məşqlərə 14 həftədən başlamaq olar. Həkiminizlə əksgöstərişlər barəsində məsləhətləşmək zəruridir.