Psixoloji konsultasiya

Aşağıda sadalanan hallarda psixologa  müraciət etməniz məsləhət görülür:

… doguşdan qorxursunuz,

…hamiləliyə psixoloji uyğunlaşa bilmirsiniz,

…körpə üçün hiper-məsuliyyət hiss edirsiniz,

…heçkimlə problemlərinizi  bölüşə bilmədiyinizi hiss edirsiniz, yaxud yaxınlarınızın sizi anlamayacağından və ya mühakimə olunacağınızdan qorxursunuz,

…hamiləlik dövründə qadında hansı psixoloji dəyişikliklər baş verdiyinə dair kifayət qədər məlumatınız yoxdur, “Məndə baş verən dəyişikliklər normaldırmı?” sualını özünüzə verirsiniz,

…problemin bir növü daimi mənfi əhval-ruhiyyə yaradır,hərhansı bir fikir sizə əziyyət verir,

…bir problemi həll etmək üçün hərəkət etməli olduğunuzu başa düşürsünüz, amma nə edəcəyinizə qərar verə bilmirsiz,

…doğuş sonrası depressiyaya məruz qaldığınızı düşünürsünüz