Çanaq dibi əzələlərinin bərkidilməsi. Kegel hərəkəti.

3-cü trimestrdən başlayaraq, uşaqlığın çəkisinin artmasıyla çanaq əzələləri təzyiq hiss rdir, hormonlar isə həmin əzələlərin dartılmasına və elastikliyinin itirlməsinə gətirir. Əyər gələcək ana əvvəlcədən idmanla məşğul olmayıbsa və ya ağırlıqğa meyilli olubsa, o çanaq əzələlərinin zəyifliyini idrar tuta bilməmək və ya orqanların yüngülvari aşağı enməyi şəklində hiss edəcək. Belə ki, uşaqlıq yolu əzələləri öz sərtliyini itirir. Bu hamilə xanımda diskomfort yaradır və doğuş vaxtı yırtılmalara səbəb olur.

Əzələləri möhkəmləndirmək və eyni zamanda onları rahatladıb boşalda bilmək və eyni zamanda təzyiq və yükə qarşı dayanıqlı olmalarını təmin etmək üçün Kegel hərəkətlərini etmək lazımdır.

Hərəkətləri icra edərkən biz əzələləri təkçə möhkəmləndirmək deyil, həm də boşaldmağı öyrədirik, çünki vaxtında uşaqlıq boynu əzələlərini boşalda bilmək, sıxmamaq və körpənin yollardan rahat keçməsini təmin etmək doğuş prosesinin ən təməl məqsədidir. Kegel hərəkətlərini edəndə siz doğuş zamanı rahatlıqla körpənin çıxmasına hansı əzələləri nə şəkildə istifadə etməniz gərəktiyini çox yaxşı başa düşəcəksiniz. Buna görə də doğuşa hazırlıq məşğələləri yırtıqlara qarşı çox gözəl profilaktika üsuludur. Hamilələr üçün nəzərdə tutulmuş idman növləri ilə mütəmadi məşğul olaraq Siz doğuş əsnasında bütün hərəkətləri yada salaq özünüzə və körpənizə rahat doğuş təmin edəcəksiniz. Alışqanlıq halına gəlməyən bütün bilikləriniz unudulacaq!

Nəticədə daimi məşğələlər sizə nə şəkildə kömək edəcək?

hamiləlik zamanı:

· yırtıqların əmələ gəlməsinin qarşısını alacaq

· doğuşda iştirak edəın əzələləri kontrol etmənizə kömək edəcək

· çanaq dibi əzələlərin boşalmasının qarşısını alacaq

· idrar qaçırma kimi problemlərdən uzaq tutacaq

doğuşdan sonra:

· uşaqlıq yolu əzələlərinin bərpası üçün

· babasilin yaranmasılnın qarşısını almaq üçün

· idrar qaçırmanın qarşısıını almaq üçün

· Normal cinsi əlaqəni bərpa etmək üçün

Sizə sağlam hamiləlik və rahat doğuş arzu edirik!

Ana südü VS Süni gida

· Ana südü körpənin ehtiyaclarına uyğun dəyişir

Körpə böyüdükcə, ana südü də öz tərkibini dəyişir (süddəki su, glyukoza və yağ miqdarı artır). Əgər ana və ya körpə xəstələnərsə, onun immun sistemi qandan südə antitellər göndərir və bu şəkildə körpəni qoruyur. Uşağın 1 yaşı olanda süd artıq artan immunoglobulin miqdarı ilə qidalandırıcı deyil, qoruyuyucu funksiya daşımağa başlayır.

· Həzm

Ana südünün dəmir, zink kimi elementlərinin həzmi 60-80% təşkil edir

Süni qidanın həmin elementlərinin həzmi 4%

· Hormonlar

Ana südündə boy, mədə bağırsaq sistemini, yuxunu tənzimləyən hormonlar var

Süni qidada bu hormonlar yoxdur

· HAMLET kompleksi ( Human Alpha-Lactalbumin Made Lethal to Tumor Cells abbreviaturasıdır. Bu alfa-laktalbumin xərçəng hüceyrələrini məhv edir)

Bir müddət əvvəl alimlər ana südü ilə qidalanan körpələrin mədələrində xərşəng xəstəliyinə qarşı olan alfa-laktalbumin və olein turşusu kompleksinin olduğunu təsadüfən kəşf ediblər. Bu kompleks xərçəng hüceyrələrini adi hüceyrələrə ziyan vermədən məhv edir.

· Körpəni əmizdirmək ananın doğuş sonrası bərpası üçün çox əhəmiyyətlidir

Əmizdirmə sadəcə körpə üçün deyil, ana üçün də çox faydalıdır. Belə ki, doğuş sonrası böyümüş uşaqlıq, genişləmiş damarlar və qanaxma ilə raslaşan analar, körpənin süd əmməsi ilə hormon ifrazatı səbəbi ilə həm südün artışını, həm də uşaqlığın yığılmasını ciddi şəkildə hiss edə bilərlər.

Ana südünə HƏ deyək!!!

Gələcək ananın diqqət yetirməsi lazım olan 10 şey

1. Fiziki aktivlik
Hər gün təmiz havada gəzmək lazımdır.
Hamilələr üçün nəzərdə tutulmuş xüsusi idman növləri ilə məşğul olmaq məsləhətdir.
2. Çəki alma
Hamiləlik müddətində 10-13 kg çox almamaq lazımdır.
Bunun qarşısını doğru qidalanma və xüsusi idmanla ala bilərsiniz.
3. İş həyatı
Çox oturaq və ya çox aktiv iş rejimindən uzaq durmaq lazımdır.
Oturaq işdə işləyirsinizsə, mütləq günün sonunda idmanla məşğul olun (həftədə 3 dəfəni keçmməmək şərti ilə)
4. Səyahət
Uzun yol getməyə planlayırsınızsa, hər 2 saatdan bir ayağa qalxıb gəzin
5. Çimmə qaydalarına riayyət
Su nə çox isti, nə də çox sərin olmamalıdır
6. Geyim
Dar geyimlərdən uzaq durun, rahat ayaaqabılar geyinin
7. Bağırsaq hərəkətləri
Meyvə, tərəvəzi bol yeyin; bol su için; xüsusi idman hərəkətləri edin və bağırsaqlarınızın normal funksiyasını dəstəklərin
8. Cinsi əlaqə
Riskli bir hamiləlik keçirmirsinizsə cinsi əlaqənin heç bir ziyanı yoxdur. Bunun üçün həkiminizlə məsləhətləşin.
9. Cild baxımı
Dəridə genəlmələrə qarşı çeşidli krem və yağlardan istifadə edin (məsələ badam yağı)
10. Ağız və diş baxımı
Hormonların təsiri ilə hamiləliyin 4-cü ayından diş ətlərində böyümə və həssasiyyət yarana biər. 1 stəkan suya 1 çay qaşığı duz və 7-8 damcı limon sıxıb qarqara edə bilərsiniz

Sizə rahat hamiləlik və asan doğuş arzulayırıq

Ana qucağı haqqında deyilənlər...

Körpəniz ağlayanda və sizin onu tez-tez qucağınıza aldığınızı görəndə, bütün ətrafınız, hətta qohumlarınız sizi danlayıb, bunun alışqanlıq halına gələcəyini deyib, səhf etdiyinizi deyə bilər.
Halbuki, hamı bilməlidir ki, insan övladının ən təməl ehtiyacı anasının qucağıdır!
Sırf ana qucağında körpə ilk 3 ayda ən ehtiyac duyduğu GÜVƏN hissini yaşayır!
"Ana-uşaq" bağının qurulması və gücləndirilməsi, ana südündən sonra, ANA QUCAĞI vasitəsi ilə həyata keçir.
Ana bətnində körpə sabit temperatur, qaranlıq ortam, toxluq hisslər içində aylarca yaşadı. Dünyaya gəldiyində isə alıştığı ortam tatmilə dəyişdi. O artıq temperatur dəyişikliklərinə, işıqlı, səs-küylü ortama, aclıq, boşluq hisslərinə məruz qalır. Ətrafda baş verən hər bir şey ona yaddır. Və bu yad ortamda sadəcə anasının qucağında hüzür tapır.
Məhz buna görə ətraftan gələn bütün kritikaya qulaq yumub, körpənizlə gözəl anlar yaşamağa çalışın!
Və unutmayın ki, çətinlik təxmini 1 il davam edəcək, amma yaranan ana-uşaq bağınız ömür boyu möhkəm olacaq!

Hamiləlik. "Yuva qurma instinkti"

Hamiləlik. "Yuva qurma instinkti"
Hamilələrin 30 % təxminən 2-ci trimestrdən başlayaraq yeni hisslər və həvəs müşaidə olunur. Onlar ev təmizliyi,köhnə əşyaların atılması, bəzən isə mənzilin və ya uşaq otağının təmirinə başlayırlar.

2013-cü ildə aparılan araştırmalar deyir ki, bu instint genetik əsaslara dayanır. Necə ki quşlar balalarını qorumaq üçün yuva qurur, eləcə də biz-insanlar, övladımıza ən güvənli və rahat şərtlər yaradmağa can atırıq.

Bəs bu instinktin üstün cəhədləri nədir?

Əsas üstünlüklər:
• yenilikləri planlayan və icra edən zaman ailəniz daha da möhkəmlənir
• körpənizin güvəni üçün çalışmanız sırasında öz narahatçılıqlarınızdan da uzaq olursunuz, daha rahat olursunuz
• fiziki aktiv olursunuz ki, bu hamiləlik dövründə çox faydalı və zəruridir


Buna baxmayaraq bütün bunları edərkən, öz güvəniniz haqqında da unutmamaq lazımdır. Belə ki:
• Təmizlik vasitələri ilə çox həssas davranmalısıniz! (əlcək və s.)
• Təmizləyici vasitələrdən istifadə zamanı otağı havalandırın!
• Nərdivandan istifadə etməyin!
• Ağır əşyalar qaldırmayın!
• Özünüzü çox yormayın!

Və unutmayın ki, nə olursa olsun, Siz Super-anasınız!!!

Hamiləlikdə qadağa olunan kosmetik maddələr

Hər bir qadın gözəl olmaq istəyindədir və hamiləlik özünə qulluqdan imtina etməyə səbəb deyil. Özünü rahat hiss etmək və körpəyə zərər yetirmədən hansı kosmetikadan istifadə etmək lazımdır?
Əvvəla hamiləlik və kosmetika bir birini istisna edən anlayışlar deyil. Sadəcə hamiləlik dövründə təbii və hipoallerqik vasitələrin istifadəsinə üstünlük verin.
Hamiləlikdə kosmetika: Nəyi istifadə etmək olmaz?
!Retinol (A vitamini). Adətən lifting (antiage) kosmetikaların tərkibində olur. Onun yüksək dozaları dölün inkişafında pozulma təhlükəsini artırır.
!Melonin ifraz edən fermentlərə təsir göstərən hidroxlorid və qlütation tərkibli vasitələr. Dərinin təbii formalaşma prosesslərinə hər hansı bir müdaxilə körpəyə mənfi təsir göstərir.
!Diqidroksiasiaseton tərkibli "avtozaqar" maddələrin təsiri xərçəng, sonsuzluq və başqa mutaqen problemlər yarada bilir.
!Kosmetik vasitələrdə konservant kimi istifadə olunan parabenlər. Onlar orqanizmdə yığılaraq süd vəzilərin xərçəngi və sonsuzluğa gətirib çıxara bilər.
!Sərt tərkibi yumşaltmaq üçün istifadə edilən etilen oksid (ethylene oxide). Dezinfeksiya xüsusiyyətinə malik olduğuna baxmayaraq bu tərkib orqanizmə kanserogen və mutagen kimi təsir göstərə bilər.
!Hormon tərkibli vasitələr. Hormonal pozğunluq yaradaraq dölün inkişafına mənfi təsir göstərir.
!Vasitədə Lauril sulfat natriy 2% həddini aşırsa. Bu maddə kanserogen sayılmaqla yanaşı orqanizmə zəhərlənmə kimi fəsadlar verə bilir.
!Benzol – təhlükəli toksindir, daxili orqanlara və sümüklərə zərər yetirir.

Doğuşa hazırlıq

Doğuşa hazırlıq. Tövsiyələr
Çox sayda ədəbiyyat, hamilələrin təcrübəsi və həkimlərin tövsiyələri əsasında biz qərara gəldik ki, sizə doğuşa hazırlıq üçün bir-iki tövsiyə verək.
1. Hamiləlik dövrünü doğuşa aid olan məlumatı toplamağa sərf edin. Hamilə olduğunuzu bildiyiniz andan etibarən, doğuşa aid bütün məlumatı toplamağa vaxtınız çoxdur. Çalışın bu dövrdə bacardığınız qədər məlumat toplayın. Mənbə həm kitab, broşur, həm də internet ola bilər. Bundan əlavə siz doğuşa və analığa hazırlıq kurs və seminarlarda da iştirak edə bilərsiniz. Doğuşa informativ hazırlığın əsas komponentləri isə bunlardır: bütün mövcud doğuş növləri ilə tanış olmaq, istəklərinizə və vəziyyətinizə uyğun olanı seçmək. Bu keysəriyyə əməliyyatı ola bilər(epidural və ya ümumi anesteziya altında), təbii doğuş (anesteziya ilə və ya anesteziyasız). Məlumatınız nə qədər çox olsa bir o qədər siz hamiləliyin və doğuşun bu və ya diqər şərtlərinə hazırlıqlı olursunuz.
2. Həkim və doğum evini seçin. Öz istəklərinizi müəyyən edəndən sonra, həkim, anestezioloq, neonatoloq və doğum evini seçmək lazımdır. Hər bir həkimin doğuşa ümumi münasibəti fərqlidir, hamiləliyin idarə edilməsi və doğuşun keçməsinə dair öz taktikası var. Onlardan bir neçəsi ilə görüşün, sizə daha münasib olanı seçin. Çünki hamiləlik asan olmayan dövrdür, mənəvi durumda problem yaşayacaqsınız, sizə dəstək lazım olacaq. Və həkim tamamilə sizə uyğun olmalıdır. Doğum yerinə gəldikdə isə, doğum şöbəsinə keçin, oranın ab-havasına baxın, istəyinizə uyğun olub olmadığını müəyyənləşdirin. Bu ona görə vacibdir ki, siz doğuş sonrası günlərdə orada olacaqsınız. İlk növbədə sizə rahatlıq lazım gələcək! Körpənizə düzgün qulluq və qayğı göstərməklərindən əmin olmalısınız.
3. Fiziki hazırlıq. Hamiləlik dövrünü fiziki hazırlıq üçün də istifadə etməlisiniz. Burada iki müsbət bənd var. Birinci: siz hamiləliyinizi asanlaşdıracaqsınız. Hamiləlik qadın üçün nəinki mənəvi həm də fiziki çətin dövrdür. Bədənin fərqli hissələrinə ağırlıq düşür – bel, ayaq və s. Məhz fiziki aktivlik sizə bu çətinlikləri aşmağa köməklik edəcək. İkinci: “hamlələr üçün yoga” kimi doğuşa hazırlıq kurslarında siz bədəninizə etibar etməyi, doğuşda özünü idarə etmə metodlarını(nəfəs və pozalar), bədəninizi duymağı öyrənəcəksiniz, “doğuş imitasiyası” kimi məşğələlərdən keçəcəksiniz.
Bunların hamısını yerinə yetirsəniz, doğuşa həm fiziki həm də mənəvi tam hazırlıqlı və özünə əmin gedəcəksiniz. Sizə rahat hamiləlik və asan doğuş arzulayırıq!

Hamiləlikdən sonra qarın

Hər bir qadın hamiləlikdən sonra əvvəlki vəziyyətinə qayıtmaq istəyindədir. Ən çox nəzərə çarpan isə qarın nahiyəsidir. Bu “problemli zonanın” tamamı ilə bərpa olması mümkündürmü və hansı müddətə?
Gəlin araşdıraq, hansı səbəblərə görə məhz qarın nahiyəsi həcmini artıraraq xoşagəlməz forma alır.
Hamiləlik və doğuşdan sonra uşaqlıq
Bu əzələvi orqan uşaq yetişdirdmə zamanı bir çox dəfə böyüyür və körpə ilə birgə qarın nahiyəsinin əsas həcmini təşkil edir. Doğuşdan dərhal sonra uşaqlığın həcmi azalır, amma öncəki ölçüsünə qayıtmır. Beləliklə doğuşdan sonra onun çəkisi təqribən 1000q təşkil edir. Bu həcmdə o hamiləliyin 16-cı həftəsində olub, xatırladaq ki, qarın artıq bir qədər bilinirdi. Doğuşdan sonra da onun bilinməyi tamamı ilə normaldır. Bir həftə ərzində uşaqlığın çəkisi 500q qədər azalır, ikinci həftənin sonuna 350q, üçüncü həftənin sonuna 250q, 5-6 həftədən sonra isə çəkisi 50q təşkil edir və bu onun hamiləlikdən öncə olan çəkisidir. Uşaqlığın tez bir zamanda daralmağını istəyirsinizsə, ilk növbədə müasir əmizdirmə qaydalarına riayət etməlisiniz, yəni körpəni istəyinə uyğun əmizdirməlisiniz. Belə rejimdə qadının beynində oksitosinin (uşaqlığın darlaşmasına cavabdeh olan hormon) optimal həcmi ifraz olunur.
Əzələlər hamiləlik zamanıı və doğuşdan sonra
Ən önəmlisi düz əzəzlələrdir, məhz onlar qarın nahiyəsinin abdominal zonasında yerləşir. Hamiləlik zamanı bu əzəzlələr çox vaxt dartılır, amma çox vaxtı da aralanır. Əzələlərin aralı qalması - diastaz adlanır. Bunu müəyyən etmək çətin deyil. Bunun üçün arxası üstə uzanıb ayaqlarınızı 5 - 10 santı uzandığınız yerdən qaldırın. Diastaz olduğu halda qarnın ortasında kənara aralanan əzələlərin ortasında şişkinlik əmələ gələcək. Onu həm görmək həm də hiss etmək olar. Bu hall doğuşdan sonra iki ay ərzində qala bilər. Hamiləlikdən əvvəlki vəziyyətinə qayıtması səbəbindən, onun da ölçüsü göbək nahiyəsində yavaş – yavaş azalmalıdır.
Əgər doğuşdan 2 ay sonra diastaz azalmırsa idman sizə yardımçı olacaq. İdmana əzəzlələrin arasında 4-5 santıdan çox olmamaq şərti ilə başlaya bilərsiniz (bu təqribən iki barmağın eni deməkdir). Bu məsafə doğuşdan 6-8 həftə sonra olur. Ona nəzər yetirin ki, qarın nahiyəsində təzyiqin artmaması üçün bu dövrə qədər aktiv idman etmək, körpənizin çəkisindən artiq olan əşyaları qaldırıb daşımaq olmaz. Əzələlərin yığılmasında nəfəs məşqləri sizə köməklik edəcək: nəfəs aldıqda qarnınızı böyüdürsünüz, nəfəs verdiyiniz zaman qarnı yığırsınız. 10-15 dəfə təkrarlayın. Əgər təbii doğuş olubsa, bu asan məşqləri doğuşdan sonra dərhal etmək olar.
O halda ki, əzələlərin aralanma məsafəsi çoxdursa onu yalnız əməliyyat həll edə bilər. Əməliyyatı yalnız əmizdirməni bitirdikdən sonra və daha hamiliklərin olmadığı halda etmək olar.
Dəri altı piy qatı
Gələcək ananın bədənində hormonal dəyişikliklər nəticəsində dəri altı piy qatı böyüyür. Bu dəyişikliklər səbəbindən piyin artması qarın, yan və sinə nahiyələrində müşahidə olunur. Qarın nahiyəsində artan piy dölü xarici təsirlərdən qoruyur. Bu hər bir piy hüceyrəsində piyin artması və piy hüceyrələrin sayının artması nəticəsində baş verir. Yeri gəlmişkən, qadınlardan fərqli olaraq kişilərdə piy hüceyrələrinin sayı ömrü boyu artmır. Buna görə də, dəri altı piy qatı sizin hamiləlik zamanı normadan artıq aldığınız kilolardan asılıdır.
Doğuş sonrası dövrdə normadan əlavə yığılan piy qatı ilə mübarizədə sizə düzgün qidalanma və gücünüz daxilində idman yardımçı olacaq. Qeyd etmək istərdik ki, pəhriz yox, məhz düzgün qidalanmani qayda kimi götürməlisiniz. Çünki kolori, zülal və vitamin tərkibli qidanın məhdudlaşdırılması ana və körpənin sağlamlığına böyük ziyan vura bilər. Fiziki məşqlərə gələndə, körpə ilə gəzinti və ev işləri bəs edər, lakin 2 ay sonra məşqlərinizi bərpa etmək lazımdır. Ana südünün keyfiyyət və həcminə mənfi təsir göstərməməsi naminə, məşqlər çox insensiv və gücalıcı olmamalıdır.
Hamiləlik zamanı və doğuşdan sonra dəriniz
Hamilə olduğunuz dövrdə qarın nahiyəsində olan dəri çox dartılır. Genəlmə kimi xoşagəlməz nəticə olmadıqda, dəri çox tez bir zamanda yığılır və doğuşdan sonra 3-5 gün ərzində əvvəlki vəziyyətinə qayıdır. Lakin genəlmələr əmələ gəliblərsə görünüş ürək açan deyil. Dəri iki qatdan ibarətdir. Üst qat epidermis adlanır və hüceyrələrin bir neçə qatından ibarətdir. Daha dərində isə derma adlanan qat yerləşir və hüceyrələrdən əlavə elastin və kollaqen mövcuddur. Bunlar isə öz növbəsində dərinin daltılma funksiyasını daşıyır. Genəlmələr bu dəri qatının kəsirləridir. Onlar genetika, qarnın böyümə sürəti və ölçüsündən asılıdır.
Dəri genəlmələri ilə ən təsirli və effektiv mübarizə onları qabaqlamaqdır. Bunun üçün hamiləlik zamanı, əsas da 16-cı həftədən başlayaraq (qarın böyüyən zamanı) xüsusi kremlərdən istifadə etmək lazımdır. Həmçinin çimdiyiniz zaman duş vasitəsi ilə dairəvi hərəkətlərlə masaj edin. Kremlərin tərkibində olan A və E vitamini dərini elastik saxlayır, masaj isə dəridə qan dövranını yaxşılaşdırır.
İkinci doğuşdan sonra
İkinci və sonraki doğuşlardan sonra bərpa dövrü bir birindən fərqlənmir. Lakin yaşa dolduqca dəri və əzələlərin elastikliyi azalır. Dəri alti piy qatı asanlıqla böyüyür və çox çətin küçülür. Buna görə də qarnınızın əvvəlki formaya tez və effektiv qayıtması üçün hər sonraki hamiləliklərdə bu məsələyə xüsusi diqqət yetirilməlidir və bütün tövsiyələrə riayət olunmalıdır.

Keysəriyyə əməliyyatından sonra
Keysəriyyə əməliyyatı zamanı kəsik olunur. O qarın nahiyəsi qabaq hissəsinin bütün qatlarından və uşaqlığın divarından keçir. Qarın qabaq divar əzələsi həmişə qarnın ortasından kəsilir (dəridə horizontal kəsir olunsa belə). Keysəriyyə əməliyyatından sonra əzələlərin yığılma müddəti təbii doğuşa nisbətən uzanır. Lakin həkimin bütün məsləhətlərinə riayət etdikdə qadının əvvəlki formasına qayıtmaq imkanı var.
Gəlin yuxarıdakiları ümumiləşdirək
Hər dünyaya körpə gətirən qadın bunlardan bir və ya bir neçəsi ilə üzləşir. Lakin üzülməyə dəyməz! Özündə güc tapıb müəyyən qaydalara riayət etdikdə güzgüdə gördüyünüzdən məmnun olacaqsınız. Əsas qaydalara aiddir:
-Düzgün qidalanma. Sağlam və düzgün qidalanıb siz qısa müddətdə nəticə görəcəksiniz.
-Yalnız təmiz qaynamamış su için. Çay, kofe, şirə və qazlı suları istisna edərək siz orqanizminizi və həzm sisteminizi zərərli maddələrdən təmizləyəcəksiniz. Və bu maddələr mübadiləsini qaydasına salaraq artiq çəkinin atmasına yol açacaq.
-Mütəmadi fiziki məşqlər. Hamiləlikdə və doğuşdan sonra idmanla məşğul olun. Əsas məşqçinin peşəkarlığında əmin olun, çünki həm hamiləlik həm də doğuş sonrası dövr çox diqqət tələb edir.
Tez-tez gülümsəyin və pozitiv olun! Siz artıq bu dünyaya yeni həyat bəxş etdiyiniz üçün gözəlsiniz...

Hamiləlik və immunitet

Biz çox vaxt “hamiləlik xəstəlik DEYİL” ifadəsini istifadə edirik. Və bu tamamı ilə doğrudur!
Ancaq hamiləlik zamanı immunitetin aşağı düşməsi səbəbindən xroniki xəstəliklərin üzə çıxmasını etiraz etmək mümkün olmur.
Orqanizm müdafiəsinin aşağı düşməsi hormonların dəyişməsi ilə birgə planlaşdırma etapında vitamin və mineralların azlığından irəli gəlir. Bu hall iki səbəbdən çətinləşir: dərmanların hamiləlik zamanı istifadəsi qadağa olması və xeyrindən çox zərəri olarsa. Beləliklə körpəyə ziyan vurmadan hamilə qadının immunitetini bərpa edib saxlamalıyıq.
Mütəxəssislər immunitetin aşağı düşməsinin iki kritik dövrünü aşkar ediblər.
Birinci – hamiləliyin 6-8ci həftələri. Bu dövrdə ananın bədəni yeniliklərə uyğunlaşır. İmmunitet sistemi iki nəfərə işlədiyi üçün çox vaxt işin öhtəsindən tam gələ bilmir. Və bu səbəbdən hamilələrin 80% bu dövrdə soyuqdəyməyə məruz qalırlar.
İkinci – hamiləliyin 20-28ci həftələr arası. Bu dövrdə körpənin orqanları formalaşır və analar çox vaxt hemoqlobinin aşağı düşməsi ilə rastlaşırlar(anemiya). Normada hemoqlobinin minimal göstəricisi 110 ml/l təşkil edir. Oksigenin körpəyə çatmamağı səbəbindən ilk növbədə immunitet sisteminin inkişafı zəifləyir. Anemiyalı analarda adətən zəif və infeksiyalara məruz qalan uşaqlar dünyaya gəlir.
İmmunitetin zəifləməsinin 7 əsas əlamətləri aşağıdakilardır. Əlamətlərdən biri belə varsa öz sağlamlığınıza qayğı göstərməyə bir işarədir. Və bunu hamiləlikdən öncə etməniz məsləhətdir.
1.Sidik sisteminin iltihabı – kəskin sancılar, ağrılı və tez-tez sidiyə getməniz.
2.Qalxanvari vəzi ilə probleminiz olub və ya hal hazırda var.
3.Soyuqdəyməyə tez-tez məruz qalırsınız (ildə 4-5 dəfədən çox). Və əsası xəstəliklərin nəinki tez-tez, hətta hansı formada keçməsi və nə qədər tez sağalmanız vacibdir. Yeri gəlmişkən, əgər siz xəstəlikləri ayaq üstə keçirməyə, məzuniyyət götürməməyə vərdiş etmisinizsə - gələcəkdə bu immunitetin aşağı düşməsinin səbəbi ola bilər. Orqanizmin bərpa olmağı üçün mənbə olmayacaq.
4.Müxtəlif allerqiyalardan əziyyət çəkirsiniz.
5.Sizin mədə-bağırsaq sisteminiz qaydasınca işləmir (ishal, köp, şişkinlik və s.)
6.Çəki azlığı və ya çoxluğundan əziyyət çəkirsiniz.
7.Siz daima həblərdən istifadə edirsiniz: gah başınız ağrayır, gah qarniniz, gah da yuxusuzluq və s. Xalq təbabəti isə sizə kömək etmir.
“Bəs bu xoşagəlməyən nəticələrindən necə uzaq olmaq olar?” sualını verəcəksiniz.
İmmuniteti hamiləlik zamanı gücləndirən təhlükəsiz üsullardan bir neçəsi:
1. Təmiz havaya tez-tez çıxın. Hamiləlik zamanı çalışın sıxlıq olan, qapalı yerlərdən uzaq olun. Olduğunuz yerin havasını tez-tez dəyişin. Hər həftə nəmli təmizlik işləri görün.
2. Normal yuxu: 7-8 saat olmaq şərti ilə. Yataq otağının havası mütləq dəyişməlidir. Yadımızda saxlayaq ki, melatonin yalnız tam qaranlıqda ifraz olunur, buna görə də pərdələr tünd və tamamı ilə bağlı olmalıdır, bütün işıq mənbələri sönülü vəziyyətdə olmalıdır (televizor düyməsinin işığı ya da adapterin işığı).
3. Qrip epidemiyası zamanı çalışın çoxluq olan yerlərdən uzaq olun. Evə qayıdanda burnunuzu bir az duzlanmış su ilə yuyun. Əgər ətrafınızda xəstələnmiş adam varsa, şəxsi müdafiyə üsulundan istifadə etməlisiniz - tibbi maska. Hər 1.5-2 saatdan bir onu dəyişmək yadınızdan çıxmasın!
4. Mütəmadi idman, ən azı həftədə 2 dəfə. Bu hamilələr üçün təhlükəsiz idman növləri olmalıdır. Onlara yoga, pilates, üzgüçülük (əgər hovuzun təmizliyində 100% əminsinizsə) aiddir.
5. Düzgün və tam qidalanma. Xüsusi ilə zülala (bizim “tikinti materialımız”), vitamin və minerallara (hamiləlik zamanı çox istifadə olunur) nəzər yetirin.
Və ən əsası xoş əhval - ruhiyyə və çoxluca gülümsəməkdir!
Sizə və sizin körpələrinizə sağlamlıq arzulayırıq!

Hamiləlikdə nəfəs

Hamiləlikdə düzgün nəfəs almaq asan və ağrısız doğuş üçün çox vacib oldumasından əlavə hamiləlik müddətində böyük rol oynayır.
Hamiləliyin ikinci trimestrindən başlayaraq sonrakı dövrlərdə hamilələr nəfəs darlığı, tənəffüs çətinliyi və oksigen çatışmazlığı kimi şikayətlər edirlər.
Hamiləlik zamanı nəfəs darlığının səbəbi nədir?
Hamilə olduğunuz zaman oksigen istehlakınız təxminən 20% artır. Bu plasenta, uşaqlıq və körpə üçün kifayət qədər oksigen təmin etmək üçün baş verir. Hamiləlik zamanı uşaqlıq böyüyüb diafraqmaya təzyiq göstərdiyinə görə, ağciyərin həcmi azalır. Siz dəqiqədə daha çox nəfəs alacaqsınız, tələb olunan havanın miqdarı artacaq, amma bunun öhtəsindən gələ bilməyəcəksiniz. Bütün bunlar uşağın və ananın nəfəs darlığı və oksigen çatışmazlığına gətirib çıxarır.
Nəfəs darlığının azalmasına və bədəninizi kifayət qədər oksigen ilə təmin edilməsinə kömək edən 5 yol:
1. Düzgün qamət. Belinizi və çiyinlərinizi maksimum düz saxlayın, bu sizin ciyərlərinizin tam açılmasına imkan verəcək.
2. Əlavə yastıqlar. Nəfəs darlığı yuxu zamanı sizi narahat edirsə, əlavə yastıqlardan istifadə edin.
3. Qollarınızı qaldırın. Bu, sinə təzyiqini azaldır və asanlıqla nəfəs almağa imkan verir.
4. Sağlam qidalanın. Artıq çəki nəfəs almağı daha da çətinləşdirə bilər. Buna görə sağlam qidalanıb çəkinizi normada saxlayın.
5. Yoga. Yoga zamanı tədris edilən tənəffüs təlimləri nəfəsinizi daha yaxşı idarə etməyə kömək edə bilər. Bundan əlavə yoga dərslərində tədris olunan hərəkətlər doğuş vaxtı da sizə kömək edəcək.
Nəfəs gimnastikası hamiləlik dövründə böyük müsbət təsir göstərir. Nəfəs darlığı və tənəffüs problemini aradan qaldırılması ilə yanaşı, o:
- narahatlıq hissindən azad olamağa kömək edir. Hormonal dəyişiklərlə əlaqədar, hamiləlik dövründə qadınlarda narahatlıq hissi yaranır. Bu, doğulmamış körpə üçün ,özünüz üçün (birdən mən bir şey səhv edirəm), gələcək doğuş, həyat yoldaşı, ana, başqa uşaq və bir çox fərqli şeylərə görə ola bilər. Beləliklə, bu narahatlıqların öhdəsindən gəlməyə və özünüzü daha rahat hiss etməyə məhz tənəffüs məşqləri kömək edəcək.
- sakitləşdiririr və rahatlaşdırır. Məlumdur ki, hamiləlik dövründə qadının rahatlaşması, depressiyadan uzaq olması və ümidsizlik hissindən azad olması çox çətindir. Daimi tənəffüs məşqləri vəziyyətinizi qat qat yaxşılaşdıracaq.
- ürəkbulanmanı azaldır. Düzgün tənəffüs təlimləri erkən və gec dövrlərdə ürəkbulanma ilə mübarizə aparmağa kömək edəcək.
- qan dövranını yaxşılaşdırır. Hamiləlik dövründə qadınların fəaliyyəti əhəmiyyətli dərəcədə azalır, daha çox oturub və uzanırlar. Bu ana və uşağın bütün bədənini qida və oksigen ilə təchiz etməyini çətinləşdirən durğunluğa gətirib çıxarır.Tənəffüs məşqləri ilə birgə fiziki məşqlər qan dövranını normada saxlayacaq.
Ən çətini də, gücünüzü toparlayaraq qalxıb məşqlərə getməkdir. "Bəli" həvəsiniz yoxdur, "bəli" daima yuxunuz gəlir, "bəli" maraqlı bir film gedir, və çoxlu sayda bu cür "bəli"lər sizi saxlayıb demotivasiya edir. Tabe olmayın! İradənizi bir yerə toplayın və gələcək analar üçün kurslara gedin!
Bütün bunlara əlavə etmək olar ki, həqiqətən düzgün nəfəs qaydası, düzgün və təhlükəsiz məşqləri yerinə yetirməsində əmin olmağınız üçün mütəxəssis tərəfindən keçirilən dərslərə qatılın.
Sizə rahat hamiləlik və asan doğuş arzulayırıq!

Hamiləlik və günəşlənmə

Yay günləri! Ürək dəniz kənarında, təmiz havada, ayaqyalın qumda gəzmək istəyir...
Çox isti bir gündə sərin dəniz suyunu, dalğaların hüzür verən səsini heçnə düşünmədən istirahət etmək və yüngül bir roman oxumaqdan başqa hecnə əvəz edə bilməz.
Lakin indi hamilə olduğunuz üçün, günəşdən qorunmaq düşünməniz gərəkən tək şey deyil (siz daimi azı SPF30 istifadə etməlisiniz), çünki hamilə qadınlar daha tez günəş şualarının təsiri altına düşür. UV şüalarının dölə zərər verə biləcəyini sübut edən elmi məqalələr olmadığına baxmayaraq, UV-in hamiləlikdə zəruri olan fol turşusunu məhv etməsi məlumdur.
Fol turşusu (B vitamini) yarpaqlı tərəvəzlər, portağal və qara lobyakimi erzaq məhsulların tərkibində olur və anadangəlmə onurğa beyinin qüsurlarını (onurganın parçalanması kimi),beyin qusurları (anensefali), ağız boşluğunun qüsurları(dovşan dodaq, qurd ağız kimi) və ürək qüsurlarının qarşısını alır. Bədəninizin qan hüceyrələrini yaratmaq üçün və anemiyanı qarşısını almaq üçün fol turşusuna da ehtiyacı var, və bu DNT-nin istehsalı, bərpası və işləməsi üçün vacibdir. Bu, plasentanın və dölün sürətli inkişafı üçün vacibdir.
Araşdırmaların birinə əasasən, fol turşusu çatışmazlığı olan qadınlarda körpənin vaxtından əvvəl və ya aşağı çəki ilə doğulacağı ehtimalı 2-3 dəfə daha çoxdur. Beləliklə, əgər günəş şüalarına məruz qalacaqsınız, vitaminlərin gündəlik qəbuluna nəzarət etmək vacibdir. March of Dimes görə, hamilə qadınlar gündə 600 mg fol turşusu (yemək və ya vitamin şəklində) almalıdırlar.
Nəzərinizə alın ki, hamiləlik dövründə melanin (piqment) istehsalı artır və bu durum, gunəş şüalari ilə birlikdə "hamiləlik maskası" ilə nəticələnə bilər (göz ətrafı yenot maskası effekti). Buna görə də, günəş şüalarına məruz qalanda, günəş goruyucu vasitələrdən istifadə edin!
Yuxarıda göstərildiyi kimi, hamilə qadınların dərisi günəşə daha həssas olur, ona görə isinmə (qızdırmadan) və susuz qalmamağa diqqət yetirin,əks halda bu gələcək körpəniz üçün çox təhlükəli ola bilər. Termometrlərə diqqət yetirin (Nyu-York yaxınlarda 42 ° göstərici geydə alınıb!) və əgər istilik indeksi 32 ° -dən çoxdursa, bağlı otaqda, kondisionerin altında (və ya alın və boyun nahiyəsinə islanmış dəsmalla sərinləyərək) qalmaq məsləhətdir.
Çox su için, açıqlıqda qalan hər saat üçün səkkiz unsiya (250 ml)su qəbul edin. Su çox faydalıdır, amma tərləməklə itirdiyiniz elektrolitləri (duzları) bərpa etmək üçün şirələr, süd və digər içkilər də içə bilərsiniz. Çimərlikdə olan zamanda diqqətli olun və vaxtı kontrol edin. Hər 20 dəqiqədən bir yarım saatlığına kölgəliyə keçin və su içməyi unutmayın! Bilin ki, susuzluq körpənin oksigenlə qidalanmasını məhdudlaşdırır və onun inkişafı təhlükə altında qalır.
Tez-tez suya girin! Bu sizi nəinki sərinləşdirir, həm ayağınıza və çanağınıza ağrı verən oturaq sinirinə düşən yükü də azaldır.
Dəniz kənarında istirahət edən zaman artıq iki nəfərə görə məsuliyyət daşıdığınızı unutmayın!
Xoş istirahətlər!

Hamiləlik dövründə mədə qıcqırmasını sakitləşdirməyin üsulları

Çox vaxt gələcək analarda mədə qıcqırmasının yaranmasının səbəbi progesteron hormonuyla əlaqəlidir, çünki hamiləlik dövründə əzələləri boşaldan bu hormon mədə turşusunun qida borusuna düşməsinin qarşısını alan mədə klapanını boşaldır. Bundan əlavə, böyüyən uşaqlıq mədəyə təzyiq göstərərək turşunu qida borusuna yönləndirir.

Amma bu halı aradan qaldırmağın təhlükəsiz və effektiv üsulu var.
· Yeməyi az yeyin
Əgər səhərlər ürəkbulanmasından əziyyət çəkirsinizsə, bu zaman az yemək sizin üçün problem olmamalıdır. Amma əgər iştahınız güclüdürsə, tam doyana qədər yeməyə çalışmayın.
Hamiləlik dövrü olmadıqda da mədənin həddən artıq dolması mədə qıcqırması yaradır. Gün ərzində üç dəfə çoxlu yemək yeməkdənsə, 5-6 dəfə, az-az yeyin.

· Yemək zamanı tələsməyin
Yeməyin tələsə-tələsə yeyilməsi də mədə qıcqırmasına və həzmin pozulmasına səbəb ola bilər. Yeməyi rahat şəkildə, zövq ala-ala yeyin – bu da yeməyin həddən artıq yeyilməsinin qarşısını alacaq.

Mayeni kiçik qurtumlarla için
Maye qəbul edərkən onu yemək zamanı yox, yeməklərarası müddətdə içməyə çalışın.

· Yeməkdən sonra oturun, yaxud ayaq üstə dayanın
Yeməkdən sonra sərbəst şəkildə gəzişin, yüngül ev işləri ilə məşğul olun, oturub kitab oxuyun – amma uzanmayın və həddən artıq əyilməyinizi tələb edən işlər görməyin. Uzanmaq və ya əyilmək mədə turşusunun qida borusuna düşməsinə səbəb ola bilər.

Yatmazdan bilavasitə əvvəl yeməyin
Tampa şəhərindəki Cənubi Florida Universitetinin qida borusu xəstəlikləri mərkəzinin və qastroenterologiya və qida şöbəsinin direktoru, hamiləlik dövründə mədə qıcqırması hallarını tədqiq edən doktor Coel Rixter xəbərdarlıq edir ki, çoxlu yemək yeyib yatağa uzanmaq mədə qıcqırmasına birbaşa şərait yaradır. O, yatmazdan ən azı 3 saat əvvəl yemək yeməməyi məsləhət görür. Həmçinin, çalışın ki, yatağa uzanmaqdan bir neçə saat əvvəl maye qəbul etməyəsiniz.

· Gecə başınızı və sinənizin yuxarı hissəsini dik qoyun
Turşu axınından əziyyət çəkən bir çox insanlar xüsusi yastıqlardan istifadə edirlər – bu yastıqlar bədənin yuxarı hissəsini dik saxlayaraq mədə turşusunun axınının qarşısını alır.
Bunun ucuz başa gəlməsini istəyirsinizsə, çarpayınızın və ya döşəyin altına baş tərəfdən altlıq qoyun.

· Nəyin ziyanlı olduğunu bilin
Piy, kofein, şokolad, sitrus – mədə qıcqırmasından əziyyət çəkən hamilə qadınlara vaxtaşırı olaraq bu məhsullardan imtina etmək məsləhət görülür. Amma bir qadında mədə qıcqırması yaradan məhsul digər qadın üçün ziyanlı olmaya bilər. Doktor Rixter öz pasientlərinə konkret məhsullardan uzaq durmaq əvəzinə, fərdi qaydada onlarda mədə qıcqırması yaradan ayrı-ayrı məhsullardan imtina etməyi məsləhət görür. Onun sözlərinə görə, insanlar fərqlidir. Bəzi hamilə qadınlar heç bir narahatlıq hiss etmədən ədviyyatlı meksikan yeməyi, yaxud bir boşqab spagetti və küftə yeyə bilər.

· Sərbəst paltar geyinin
Dar paltar sizin gərginləşmiş qarnınızı daha çox sıxır, bu isə qıcqırmanı artıra bilər. Xüsusən, əgər mədə qıcqırmasının qarşısını almaq istəyirsinizsə, hamilə qadınlar üçün nəzərdə tutulmuş enli, rahat paltar geyinin.

Zəncəfil işlədin
Bəzi qadınlar özləri üçün zəncəfili kəşf ediblər , məsələn: zəncəfilli içki və ya zəncəfilli konfet. Bu ədviyyat qarın nahiyəsindəki ağrıları azaldır həmçinin mədə qıcqırması ilə müşayiət olunan ürəkbulanmanın və qusmanın da qarşısını alır.
Hamiləliyin yaratdığı narahatçılığa qarşı zəncəfilin təsiri haqqında elmi sübutlar o qədər çox olmasa da, Eynarsonun (Jon I. Einarsson (MD,MPH Chief, Division of Minimally Invasive GynecologyProfessor, Harvard Medical School)) sözlərinə görə, hamiləlik zamanı istifadəsi təhlükəsizdir.

· Antasid preparatlar (mədə qoruyucu) istifadə edin
Əgər həyat tərzinin dəyişilməsi mədə qıcqırmasını dayandırmırsa, bu halın simptomlarını aradan qaldırmaq üçün reseptsiz satılan antasid preparatlardan istifadə edin.
Lakin, hamiləlik zamanı tərkibində kalsium və ya maqnezium mədə qoruyucuların qəbulu təhlükəsizdir.
Amma tərkibində aluminum olan turşu neytrallaşdırıcılarından istifadə etməyin, çünki bu cür neytrallaşdırıcılar yüksək dozalarda toksik təsir göstərə və qəbizliyə səbəb ola bilər

H2 blokatorlarını nəzərdən keçirin
Əgər mədə qoruyucu preparatlar kömək etmirsə, daha güclü tibbi vasitələri nəzərdən keçirmək lazımdır.

Bu dərmanlar mədə turşusu ifrazatının qarşısını alır. Amma onları qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşmək lazımdır.

Dərmanların qəbulunu həkim məsləhəti ilə aparın!!!

www.health.com

Hamiləlik zamanı ayaqqabı seçimi

Hamilə qadınlar üçün mükəmməl ayaqqabılar
Siz yəqin bilirsiniz ki, hamiləlik dövründə stilet və digər bu kimi hündürdaban ayaqqabılar geymək qadağandır. Hündürdaban ayaqqabılar baldır əzələlərinin yığılmasına səbəb olur və bu, aşağı ətrafların arxa hissəsində ağrılar yarada bilər. Vyetnam başmaqları, yastıdaban ayaqqabı və dayağı olmayan digər bu kimi ayaqqabıların da hamiləlik zamanı geyilməsi arzuolunmazdır. Amma bu, hamiləlik dövründə idman ayaqqabılarının və digər klassik “rahat” ayaqqabıların geyməməlisiniz mənasına gəlməz.. Ayaqlarınıza dayaq verən alçaq dabanlı ayaqqabılar geyməyə çalışın.
Balet ayaqqabıları

Balet ayaqqabıları nəfisdir və hamiləlik dövründə geyilmək üçün məqbul sayıla bilər, amma Siz daha təhlükəsiz və dayaqlı ayaqqabıya – dabansız və ya alçaq dabanlı ayaqqabılara üstünlük verməlisiniz. Ayaq dabanının üzərindən keçən ip yeriş zamanı ayaqqabını ayaqda sabit saxlayacaq. Daban yerə doğru alçaqda olduğundan, ayağınız yerlə təbii bucaq altında təmasda olacaq. Mükəmməl amortizasiyaya malik olan və pəncələrinizə dayaq verən geniş balet ayaqqabılarına üstünlük verin. Balet ayaqqabıları istər sadə, istərsə də bəzəkli olduqlarından, Siz iş yerindən bayram tədbirinə, oradan da idman yarışına gedə bilərsiniz. Hamiləlik dövründə ayaqqabı seçərkən hamiləlik müddətində tədricən şişə biləcək ayaqlarınızın rahat oturması üçün sərbəst ayaqqabılara üstünlük vernməlisiniz. 

Uzunboğaz, alçaqdaban çəkmələr
Əgər Sizin hamiləliyiniz qış fəslinə təsadüf edirsə, ayaqlarınızda lazımınca dayaq verməklə bərabər, ayaqlarınıza gözəllik verəcək və onları isti saxlayacaq ayaqqabılara ehtiyacınız olacaq. Asanlıqla geyilə bilən, möhkəm və ipsiz ayaqqabı əldə edin. Hamiləliyinizin 7-ci ayında ayaqqabınızı ayağınızda rahlamaq üçün əyilə bilməyəcəksiniz. Yaxşı amortizasiyaya malik olan və baldırlarınıza dayaq verən, geniş ayaqqabı seçin. Hündürlüyü cəmi 2,54 santimetr və ya daha az olan ayaqqabılar məsləhət görülür. Sürüşkən və ya buzlu səthlər üçün nəzərdə tutulmuş təhlükəsiz altlıqlı ayaqqabı seçin.
Loferlər
“Parents Magazine” jurnalına əsasən, əksər lofer ayaqqabıların malik olduğu alçaq  dabanlar hamiləlik dövründə çəkinizi saxlamağa, öz müvazinətinizi hündürdaban ayaqqabılardan daha yaxşı saxlamağa kömək edəcək. Yaş və ya buzlu səthlərdə və ya səkilərdə sürüşməmək üçün rezin altlıqlı lofer ayaqqabılarına üstünlük verməlisiniz.
Sliponlar
Heç də bütün idman ayaqqabıları ipli və Velkro zolağına (lipuçka) malik olmur və ayaqlarınızda sürüşür, ayaqlarınızın və qarnınızın şişdiyi hamiləlik dövründə isə bunun təsiri böyükdür. Sliponlar ənənəvi atletik ayaqqabılara nisbətən daha dəbli görünə bilər, Siz isə hər zaman qaçmağa getmək niyyətində olmaya bilərsiniz. Sərbəst geyimə üstünlük verilən ofislərdə gündəlik geyinmək üçün qara dəridən hazırlanmış sliponlar seçin. İstirahət günlərində kətan parçadan tikilmiş, açıq rəngli ayaqqabı geyinin. Ayaqqabının ayağınıza rahat oturduğuna və ayağınıza lazımınca dayaq verdiyinə əmin olun.
source: www.modernmom.com

Hamiləlik və Səyahət

Əgər Sizin hamiləliyiniz normal və sağlamdırsa, hamiləlik dövrünün əksər hissəsi ərzində hava nəqliyyatından istifadə edə bilərsiniz. Bununla belə, təyyarə biletini sifariş etməzdən əvvəl öz səyahət planlarınız haqqında həkiminizlə məsləhətləşməlisiniz. Xüsusi riskli hallarda, Sizin sağlamlığınıza nəzarət edən mütəxəssis hamiləlik dövründə evdə qalmağınızı tövsiyyə edə bilər.
Hamiləliyinizin ikinci trimestri, yəni 14-27-ci həftəsi hava nəqliyyatından istifadə etməyiniz üçün ən əlverişli vaxt ola bilər. Birinci trimestri başa vurduqdan sonra, çox güman ki, daha səhərlər ürəkbulanma baş verməyəcək, Sizin enerji səviyyəniz yüksələcək və uşaqsalma ehtimalı çox az olacaq. Amma 36-cı həftədən sonra hava nəqliyyatından istifadə etməyin.

Təhlükəsizlik kəmərindən istifadə edin. Səyahət zamanı kəməri qarnınızın altında bərkidin.

Hərəkət edin. Oturacaqlar arasındakı keçiddə gəzişin. Oturaq vəziyyətdə qalmalı olsanız, topuqlarınızı tez-tez büküb-açın. Dar paltar geyməyin. Sıx corablar qan laxtalanmasının qarşısını almağa kömək edə bilər.

Çoxlu miqdarda maye qəbul edin. Salonda hava quruluğu susuzlaşmaya gətirib çıxara bilər.

Uçuşdan əvvəl qaz yaradan yemək və içkilərdən, o cümlədən brokolli və qazlı sulardan uzaq durun. Mədənizdəki qaz hündürlükdə genişlənərək narahatlıq yarada bilər.

Özünüzə fövqəladə plan tutun. Səyahət zamanı lazım olsa ginekoloji yardımı necə ala biləcəyinizi müəyyən edin.

Yüksək hündürlükdə hava nəqliyyatından istifadə edərkən yaranan radiasiya şüalanması hamilə qadınlar üçün problem yaratmır. Bununla belə, təyyarəçilər, uçuş bələdçiləri və hava nəqliyyatı ilə tez-tez uçan şəxslər müəyyən dərəcədə kosmik radiasiyaya məruz qala bilər ki, bu da hamiləlik dövrü üçün müəyyən suallar yaradır. Hamiləlik dövründə hava nəqliyyatından tez-tez istifadə etmək lazım gəldikdə, həkimlə məsləhətləşmək tövsiyyə olunur. Həkim hamiləlik dövründə uçuş sayının məhdudlaşdırılması ilə əlaqədar tövsiyyələr verə bilər.   

Hava limanında gəzişərkən şüalandırıcı mexanizmlərdən keçmək hamilə qadınlar üçün təhlükəsizdirmi? Bəli. Hava limanındakı detektorlarda, sərnişinlərdə təhlükəli əşyaların olub-olmamasını müəyyən etmək üçün maqnit sahələrindən, son dərəcə aşağı enerjili radiodalğalardan, yaxud zəif rentgen şüalarından istifadə olunur. Bu vasitələrin hər birinin buraxdığı enerji son dərəcə zəifdir və nə Sizə, nə də inkişaf etməkdə olan körpənizə ziyan vura bilməz.

Metal detektorlarda metal əşyaların müəyyən edilməsi üçün aşağı intensivlik səviyyəsinə malik maqnit sahələrindən istifadə olunur. Soyuducu maqnitindəki maqnit sahəsi statik metal detektorundakı maqnit sahəsindən ən azı 10 dəfə, əllə istifadə olunan metal detektorundan isə ən azı 600 dəfə güclüdür. 

Geriyə şüalandırıcı skanerlərdə son dərəcə aşağı səviyyəli rentgen şüalarından istifadə olunur. Buradakı radiasiya dozası mikrovahidlərlə ölçülə bilər. İnkişaf etməkdə olan körpəyə ziyan vurmaq üçün təxminən 500,000 mikrovahid şüalanma tələb olunur. Geriyə şüalandırıcı qurğuların buraxdığı radiasiya 1 mikrovahiddən də azdır, bu isə nə Sizə, nə də körpənizə ziyan vura bilməz.
Təyyarə salonundakı təzyiq hamiləlik üçün təhlükəsizdirmi? Əgər Siz kommersiya təyinatlı təyyarələrdən istifadə edirsinizsə, təhlükəsizdir. Əgər sağlamsınızsa və həkiminiz hava nəqliyyatından istifadə etməyinizə etiraz etmirsə, salondakı təzyiq Sizə və körpənizə ziyan vura bilməz. Oksigen səviyyəsində baş verən dəyişiklik körpənizin toxumalarına və ya onu əhatə edən mayeyə ziyan vurmaq üçün çox kiçikdir. Amma bu zaman baş verən fizioloji dəyişikliklər Sizi və körpənizi daha artıq oksigen qəbul etməyə sövq edə bilər. Bu dəyişikliklərə qan təzyiqinin və ürək döyüntüsünün artması aiddir.
Əksinə, salonunda təzyiq olmayan, qeyri-kommersiya təyinatlı kiçik təyyarələrlə uçmaq (bu cür təyyarələr 8000 futdan artıq yüksəkliyə qalxa bilər) məsləhət görülmür – hamiləliyin son dövrlərində bu, xüsusilə təhlükəlidir. Hava təzyiqinin dəyişməsindən irəli gələn risk böyük deyil, amma bu yüksəklikdə oksigenin azalması ciddi fəsadlar törədə və körpənizə ziyan vura bilər. Bir çox insanlar 8000 futdan artıq yüksəkliyə qalxdıqda başgicəllənmə, yaxud hava çatışmazlığı hiss edirlər.
Yekunda, əgər qanınızda oksigenin tərkibini azalda biləcək hər hansı şəraitdən (məsələn, oraqşəkilli hüceyrə anemiyasından) əziyyət çəkirsinizsə, yaxud qanın ifrat laxtalanmasına və ya cift çatışmazlığına meyllisinizsə, həkiminiz tərəfindən müayinə olunmadan hava nəqliyyatından istifadə etməyiniz məqsədəuyğun deyil.

Xəstəxana çantası

Hər hamilə qadın həkimin təyin etdiyi təxmini doğuş tarixindən ən az bir ay qabaqcadan xəstəxanaya aparacağı çantasını hazır etməlidir. İndi biz sizə xəstəxanada lazım olacaq ən vacib əşyaların siyahısını təqdim edirik:
•Körpə üçün
Balacanın təxmini kilosunu sizə həkim qabaqcadan söyləyəcək. Buna əsaslanaraq uşağın bezini(pampers) almaq lazımdır. Günə ortalama 5-6 bez lazımdır.
Uşağın üstünü örtmək üçün 2 örtük (biri nazik, biri biraz ondan qalın).
2-3 ədəd pambıq bodi,kombinezon, pambıq corab, əlcək, papaq, qış mövsümündəyiksə- yumuşaq, ama qalın üst geyimi.
Yenidoğulan körpələr üçün nəzərdə tutulan parfümsüz nəm salfetlər.
•Ana üçün
Bez
Əmizdirmək üçün rahat olan xüsusi pambıq büstqalter + alt paltar
Pambıq pijama (yaxası əmizdirmək üçün rahat açıla biləcək)
Xalat
Corab
Ev başmaqları

Diş fırçası

Kosmetika əşyaları (daraq, diş fırçası, kremlər və s.)
P.S. Parfüm və bənzəri qoxulu maddələrdən bir neçə müddət uzaq durun.
Telefon üçün adaptor
•Sənədlər
Şəxsiyyət vəsiqəsi(sizin və yoldaşınızın)
Nikah haqqında şəhadətnamə
Hamiləlik boyunca sizi nəzarətdə saxlayan həkimin bütün qeydlərini göstərən sənəd
Xəstəxanadan asılı olaraq sənədlər də dəyişir. Bu haqqda sizə xəbər edəcəklər.

Yenidoğulanlara Eşitmə Testi Edilməsi Vacibdirmi?

Azərbaycanda hər il iki yüzə yaxın körpə tam və ya qismi eşitmə qüsuru ilə anadan olur. Bu qusur anadan gəlmə ola bilər və ya sonradan yarana bilər.Anadan gəlmə eşitmə problemi irsi və ya irsi olmayan genetik faktorlardan, hamiləlik və ya doğum zamanı keçirilən bəzi pozulmalardan, asfiksiyadan, dermanların düzgün istifadə edilməməsindən, neonatal dövrdə keçirilən sarılığın ağır formasından və s.kimi səbəblərdən irəli gələ bilər. Sonradan yaranan eşitmə problemi isə istənilən yaş dövründə yarana bilər. Bunun səbəbləri meninqit, qızılca,qulağın xroniki infeksion xəstəliyi, baş və ya qulaq zədələri ola bilər. Bu mövzuda valideynlərin rolu çox vacibdir. Əgər doğulduqdan sonra eşitmə ilə bağlı skrining-test keçirilməyibsə , valideynlər körpəni diqqətlə müşaidə etməlidirlər və hərəkətlərindəki “qəribəlilikləri” göz ardı etməməlidirlər. Beləliklə eşitmə problemini erkən aylardan təsbit etmək olar. 3 ayliqkən səslərə reaksiya vermə, 7-8 ayliqkən səslər çıxartma,1 yaşdan sonra danışıq qabiliyyətinin olmaması narahat olmaq üçün işarədir. Hal-hazırda Azərbaycanın bir çox klinikalarında doğumdan sonra eşitmə testləri həyata keçərilir. Körpə ilk dəfədən testi keçməyə bilər, bu sinir sisteminin inkişafıyla bağlıdır. 2-3 ay keçdikdən sonra testi təkrar keçmək lazımdır.Əgər yenə də test keçilmirsə, onda bir üst mərkəzdə BERA testi olunur. Bu test tamamilə ağrısızdır. Körpələrə normalda sedativ maddə istifadə edərək test edirlər.Bu testdən də keçməyən uşağa iki tərəfli aparat taxılır və uşaq implant namizədliyinə alınır. Bəzən valideynlər problemdən gec xəbərdar olurlar, lakin kədərlənməyə ehtiyac yoxdur, çünki son zamanlar tibb olduqca ilərləyib. Əvvəl eşitmə qüsurlu insanlar toplumdan təcrid olunmuş qalırdısa, indi Koxlear implantasiya vasitəsilə onlar özlərini digər insanlardan heç də fərqli hiss etmirlər. Koxlear implant ətrafdakı səsləri eşitməyə yardım edən elektron bir cihazdı. Bu cihaz iki əsas hissədən ibarətdir: biri xarici komponent(danışıq prosessoru) və iç komponent(koxlear implant)-səs siqnallarını səs sinirinə keçirən komponent. Bu aparatın ən uyğun taxılma dövru dörd yaşadək olan dövrdür.

Uzman Dr. Cərrah-Otorinolarinqoloq Tural Hüseynov  

Sağlam hamiləlik üçün 12 məsləhət

Sağlam hamiləlik üçün 12 məsləhət
Aşağıdakı sadə məsləhətlərə əməl etməklə, bütünlüklə hamiləlik dövründə sağlam qalın.
Hamiləlik dövründə sağlam qalın. Əgər hamilə qalmaq niyyətindəsinizsə, yaxud artıq hamiləsinizsə, çox güman ki, artıq özünüzün və körpənizin qayğısına qalmağın bəsi əsas qaydalarından xəbərdarsınız. Siqaret çəkməyin. Spirtli içki içməyin. İstirahət edin. Buradakı məsləhətlər vitamin qəbulundan tutmuş, ev heyvanlarınızın altının təmizlənməsinə qədər, Sizin hamiləliyinizin təhlükəsiz və sağlam keçməsinə kömək edəcək.
1.Kegel məşğələsi. Kegel məşğələləri sidik kissəsinin, bağırsaqların və uşaqlıq yolunun dayaqlandığı çanaq diafraqmasının əzələlərini möhkəmləndirir. Bu sadə məşğələ düzgün icra edildikdə Sizin asanlıqla azad olmağınıza və sidik saxlamama ilə gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaqda kömək edəcək. Ən yaxşı cəhət isə ondan ibarətdir ki, bu məşğələni heç kim görmədən icra etmək mümkündür, ona görə də Kegel məşğələsini maşında, masa arxasında əyləşərkən və hətta mağazada növbəyə dayanarkən icra edə bilərsiniz. Kegel məşğələsini düzgün icra etməyin yolu aşağıda göstərilir:

- Çanaq əzəllərinizi sixib 5-10 saniyəlik saxlayın. Sanki sidiyinizi saxlamaq istədiyiniz kimi.

- Nəfəs alın, istirahət edin və təkrarlayın
- Səkkiz yanaşma ilə başlayın, tədricən hərəkətlərin sayını 20-30 dəfəyə çatdırın
Məşğələlər. Fəal məşğələlər əksər analar üçün mütləq şərtdir. Mütəmadi məşğələlər çəkinizə nəzarət etməkdə, qan dövranını yaxşılaşdırmaqda, əhval-ruhiyyənizi yüksəltməkdə və rahat yatmaqda Sizə kömək edəcək. Bundan əlavə, elə indidən məşğələləri özünüzə vərdiş etsəniz, bu, körpənizin doğulmasından sonra onun üçün yaxşı nümunə olacaq.
Pilates, yoqa, üzgüçülük və gəzinti əksər hamilə qadınlar üçün çox gözəl məşğələlərdir, amma məşğələ proqramına başlamazdan əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz. Həftənin əksər günlərində 30 dəqiqəlik məşq etməyi qarşınıza məqsəd qoyun. Bununla belə, bədənizinə qulaq asın və onu həddən artıq gücə salmayın.
2.Çəkinizin dəyişməsinə nəzarət edin. Bilirik, Siz indi iki nəfərin əvəzinə yemək yeyirsiniz. Amma bu zaman toplaya biləcəyiniz ifrat çəki gələcəkdə bu çəkidən azad olmaqda çətinlik yarada bilər. Eyni zamanda, bədəninizin çəkisinin kifayət qədər olmaması nəticəsində körpəniz də aşağı çəkidə doğula bilər ki, bu da əksər hallarda uşağın inkişafdan qalmasına səbəb olur. Bu yaxınlarda Tibb İnstitutu hamiləlik dövründə çəki artımı ilə əlaqədar yeni təlimat nəşr etdirib. Aşağıdakı göstəricilər bir uşağa hamilə qalmazdan əvvəl qadının bədən kütləsi indeksi (BKİ) əsasında Tibb İnstitutu tərəfindən hazırlanmış tövsiyyələrdir:
- Aşağı çəki: 28-40 funt
- Normal çəki: 25-35 funt
- Aşırı çəki: 15-25 funt
- Piylənmə: 11-20 funt
İndeksin hesablanması üçün: əvvəlki çəki kvadratın hündürlüyünə bölünür.
Bədən kütləsi indeksi aşağıdakı formula ilə hesablanır:
I = m⁄h2
m - bədən çəkisi (kg)
h – boy (m)
BKİ < 19,8 – az çəki
BKİ = 19,8 - 26,0 – normal çəki
BKİ > 26 – artıq çəki

3.Doğuş planını tərtib edin. Doğuş zamanı yanınızda köməkçi olacaq? Doğuş epidural anesteziya ilə müşayiət olunacaq? Öz arzularınızı yazın və surətini Sizin doğuşunuzda iştirak edəcək şəxslərə verin. Amerika Hamiləlik Assosiasiyasına əsasən, doğuş planını tərtib edərkən bəzi amilləri nəzərə almaq lazımdır:

- Hansı prosedurların keçirilməsini istəməzdiniz?
- Hansı vəziyyətdə sancılarınızı keçirmək istərdiniz?
- Hansı paltarı geymək istərdiniz?
- Musiqiyə qulaq asmaq, yaxud hansı nöqtəyə diqqətinizi cəmləmək istərdiniz?
- Ağrıkəsici preparatların istifadəsini istərdinizmi?
- Ağırlaşma halları baş verdikdə nə etməli?
4.Biliyinizi artırın. Əgər hətta bu Sizin ilk hamiləliyiniz deyilsə belə, hamiləlik kurslarında iştirak etmək doğuşa daha yaxşı hazırlaşmaqda Sizə kömək edəcək. Siz körpənin dünyaya gəlməsi və ona qayğı göstərilməsi ilə əlaqədar əlavə biliklər əldə etməklə bərabər, həm də xüsusi suallar verə və müəyyən problemləri səsləndirə bilərsiniz. Həmçinin, mövcud şəraitlə və işçi heyəti ilə də tanış ola bilərsiniz.
İndi ailənizin tibbi tarixçəsini araşdırmağın əsl vaxtıdır. Ötən hamiləlik dövründə baş verən problemlər haqqında öz həkiminzlə məsləhətləşin və ailənizdə baş vermis doğuş qüsurları haqqında məlumat verin.


5.Ev işlərində seçici olun. Əgər Sizin gündəlik rejiminizə vanna otağının təmizlənməsi, yaxud ev heyvanlarının altını təmizləmək daxildirsə, hamiləlik zamanı bu təhlükəli ola bilər. Toksik kimyəvi maddələrə məruz qalmaq, ağır əşyalar qaldırmaq, yaxud bakteriyalarla təmasda olmaq Sizə və körpənizə ziyan vura bilər. Siz aşağıdakıları ev işləri siyahısından çıxarmalısınız:
- Ağır əşyaların qaldırılması;
- Nərdivana dırmanma;
- Ev heyvanlarının altının təmizlənməsi (pişiyin bədənində ola biləcək parazitlər toksoplazmoz xəstəliyi yarada bilər);
- Güclü kimyəvi vasitələrdən istifadə;
- Uzun müddət ayaq üstə, xüsusən isti sobanın yanında dayanma.
Həmçinin, pişiklərin ola biləcəyi bağçada işləyərkən əlcək geyin və çiy ət doğradıqdan sonra əllərinizi yaxşıca yuyun.

6.Ayaqqabı almağa gedin. Nəhayət, ayaqqabı almaq üçün tutarlı səbəb yarandı! Ayaq pəncələriniz böyüdüyündən, ayağınız da böyüyür - ən azı, ayağınızın böyüdüyünü hiss edirsiniz. Bu ona görə belədir ki, Sizin təbii çəkiniz ağırlıq mərkəzinizi dəyişərək ayaqlarınızı əlavə təzyiqə məruz qoyur. Müəyyən vaxtdan sonra bu əlavə təzyiq ağrılı, ifrat pronasiyaya, yaxud ayaqlarınızın sıxılmasına gətirib çıxara bilər. Həmçinin, ayaqlarınıza su yığıla bilər ki, bu da pəncələrinizin və topuqlarınızın şişməsinə səbəb ola bilər. Bu problemlərin qarşısını almaq məqsədi ilə yaxşı dayaqlı rahat ayaqqabı geyin. Bir çox hamilə qadınlar hətta azad olduqdan sonra da daha böyük ölçüdə ayaqqabıya ehtiyac duyurlar, odur ki, bu cür ehtiyac yarandıqda, daha böyük ölçüdə ayaqqabı alın. Qeyd edək ki, hamilə xanımlar üçün nə düz daban, nə də hündür daba ayaqqabı yaramaz. Ən uyğun ayaqqabı- 3-5- sm , qalın topuqlu ayaqqabı və ya dabanı yüksək sport ayaqqabı(krosovka).

7.Alıştığınız SPA prosedurları nəzərdən keçirin. Hamiləlik dövründə bədən qulluğuna çox ehtiyac duyulur, amma bu zaman ehtiyatlı olmaq lazımdır. Bədəninizin həddən artıq qızmasına səbəb ola biləcək saunalardan kənar durun. Bu, qaynar vannalara da aiddir: Amerika Hamiləlik Assossiasiyasına əsasən, 10-20 dəqiqə vannada oturmaq kifayətdir ki, bədəninizin temperaturu 102 dərəcə Farenheyt səviyyəsinə çatsın – bu səviyyə hamilə qadınlar üçün təhlükəsiz hesab oluna biləcək son həddə yaxındır. Həmçinin, bəzi efir yağları (xüsusən birinci və ikinci trimestrdə) uşaqlığın yığılmasına gətirib çıxara bilər, buna görə də istifadə etdiyiniz yağların təhlükəsiz olduğundan əmin olmaq üçün öz massaj terapevtinizlə məsləhətləşin. Ardıc, rozmarin və adaçayı yağından istifadə etmək qadağandır.

8.Fol turşusu ilə zəngin qidalar qəbul edin. " Fol turşusu körpənin onurğa beynini əhatə edən sinir borusunun düzgün inkişafı üçün zəruridir və yeni eritrositlərin yaranması üçün əvəzolunmazdır”. Bu sözləri “Ana bətninin qidalanması” kitabının müəllifi Frensis Langerman-Ros deyib. Hətta hamilə olduğunuzun aşkarlanmasından əvvəl folat ilə zəngin olan məhsullarla -taxıl bitkiləri, mərcimək, buğda, sitrus bitkiləri ilə qidalanmaq çox faydalıdır.

9.Hamilə qadınlar üçün nəzərdə tutulmuş vitaminlər qəbul edin. Əgər hələ hamilə qalmağa çalışırsınızsa da, indi hamilə qadınlar üçün nəzərdə tutulmuş vitaminlər qəbul etmək üçün yaxşı imkandır. Körpənizin sonradan baş beyninə və onurğa beyninə çevriləcək sinir gövdəsi hamiləliyin ilk ayı ərzində inkişaf edir. Buna görə də erkən hamiləlik dövründən başlayaraq B6 vitamini, kalsium və dəmir kimi xüsusi qida maddələri qəbul etmək Sizin üçün çox vacibdir. Hamilə qadınlar üçün nəzərdə tutulmuş vitaminlər bir çox apteklərdə reseptsiz buraxılır – Siz bu vitaminləri həkim resepti əsasında da əldə edə bilərsiniz. Əgər bu vitaminləri qəbul edərkən ürəkbulanma hiss edirsinizsə, bu vitaminləri gecələr, yaxud yüngül qəlyanaltı edən zaman qəbul edin. Bundan sonra saqqız çeynəmək, yaxud bərk konfet sormaq da Sizə kömək edə bilər.

10.Meyvələrdən faydalanın. Əksər həkimlər hamiləlik dövründə kofeinin miqdarını azaltmağı tövsiyyə edirlər, çünki kofein hamilə qadına və onun körpəsinə mənfi təsir göstərə bilər. Xüsusən, əgər səhərlər qəhvə içməyə alışmısınızsa, onun qəbulunu dayandırmaq çətin ola bilər. Tonusunuzu qaldırmaq üçün bəzi meyvələrdən faydalanın. İxtisaslı dietoloq Frensis Langerman-Ros deyir: “Banan və alma kimi meyvələrin tərkibindəki təbii şəkər enerjinizi artırmağa kömək edə bilər.”

11.Balıq yeyin. 2007-ci ildə 12,000-dən artıq uşaq üzərində aparılan tədqiqat zamanı tədqiqatçılar müəyyən ediblər ki, anaları hamiləlik dövründə daha çox balıqla qidalanan uşaqların əqli inkişaf əmsalı, balıqla qidalanmayan anaların övladlarına nisbətən daha yüksək, hərəkət və ünsiyyət qabiliyyəti isə daha güclüdür. Alimlər bunu balığın tərkibində beynin inkişafı üçün zəruri olan Omeqa 3 qida maddəsinin zəngin olması ilə əlaqələndirirlər. Amma nəzərə almaq lazımdır ki, bəzi balıq növlərinin tərkibində civə var, bu isə həm uşaqlara, həm də böyüklərə toksik təsir göstərə bilər. Təhlükəsizlik baxımından, ABŞ-nın Ərzaq məhsullarına və dərmanlara nəzarət İdarəsi hamilə qadınlara həftədə ən çoxu 12 unsiya (340 qram) balıq yeməyi tövsiyyə edir. Üstünlük, tuna, krevet, qızılbalıq, sayda və ya naqqa kimi balıqlara verilməlidir. Qılınc-balıq, köpək balığı, skumbriya, amaday kimi balıqlardan isə uzaq qaçmaq lazımdır, çünki onların tərkibində külli miqdarda civə var.

12.Günəş şüalarına qarşı kremlərdən istifadə edin. Hamiləlik dövründə dəri günəş şüalarına qarşı daha həssas olur, buna görə də Siz günəşdə yanmaya və xloazmaya daha çox məruz qalırsınız – üz nahiyəsində tünd ləkələr yarana bilər. SPF səviyyəsi 30 və ya daha artıq olan kremlərdən istifadə edin (bitki mənşəli kremlərə üstünlük verirsinizsə, bəzi istehsalçılar hal-hazırda kimyəvi qatqısı olmayan kremlər təklif edirlər), gün eynəyi taxın, başınıza şlyapa qoyun. Solyariyə getməyin körpəniz üçün ziyanlı olub-olmadığı heç bir tədqiqatla sübut edilməsə də, Amerika Hamiləlik Assosiasiyası hamiləlik dövründə solyariyə getməməyi məsləhət görür.

www.parents.com

Hamiləlik dövründə bel ağrıları

Hamiləlik dövründə bir çox qadınları bel və çanaq nahiyələrində ağrılar narahat edir.
Bu cür simptomlar, xüsusən, hamiləlik dövrünün ikinci yarısında müşahidə olunur. Bu, körpənin böyüdüyü dövrdə gələcək ananın orqanizmində baş verən proseslərlə əlaqədardır.
Hamilə qadının qarnının ölçüsü əhəmiyyətli dərəcədə böyüdüyündən, ağırlıq qüvvəsi öz yerini dəyişir. Qadın buna uyğunlaşmağa çalışaraq kürəyini belinə doğru daha çox əyməli olur. Bundan əlavə, çəkinin sürətlə artması bütünlüklə dayaq-hərəkət aparatına, xüsusən də onurğa sütununa əlavə ağırlıq salır. Xüsusi hormonun – relaksinin yaranması hesabına qadının orqanizmindəki sümük birləşmələrində (qığırdaqlarda, oynaqlarda), o cümlədən çanaq sümüyünün birləşmələrində dəyişikliklər baş verir. Bu cür səciyyəvi «yumşalma» nəticəsində çanaq sümüyünün birləşmələri daha yumşaq və elastik olur ki, bu da doğuş zamanı dölün dar çanaq halqasından keçidini asanlaşdırır.
Bundan əlavə, gələcək ananın orqanizmindən, körpənin böyüməsi və inkişafı üçün zəruri olan külli miqdarda qida maddəsi, o cümlədən dayaq-hərəkət aparatının normal işləməsi üçün tələb olunan vitaminlər və kalsium çıxır. Əgər onların çatışmazlığı tam surətdə aradan qaldırılmazsa, bu, müxtəlif xəstəliklərə səbəb ola bilər ki, bu xəstəliklər də, o cümlədən, kürək nahiyəsində və çanaq sümüklərində ağrılarla təzahür oluna bilər.
Dikdaban ayaqqabıda gəzmək, uzun müddət ayaq üstə dayanmaq, oturaq halda iş görərkən düzgün oturmamaq, eləcə də ağırlığın artmasının öhdəsindən çətinliklə gələn zəif əzələlər ağrıların daha da güclənməsinə səbəb olur. Bütün bunlar kürəyin və çanağın ayrı-ayrı nahiyələrində ağrılar yaradır.
Bəzən kürək və çanaq nahiyəsində ağrılar hələ hamiləlikdən əvvəl dayaq-hərəkət aparatında və digər daxili orqanlarda mövcud olan xəstəliklərin simptomları ola bilər. Məsələn, kürəyin istənilən nahiyəsindəki ağrılar onurğanın osteoxondrozu, fəqərələrarası yırtıqlar, skolioz və digər onurğa xəstəlikləri ilə əlaqədar ola bilər. Adətən, uzun müddət narahat vəziyyətdə işləyərkən və fiziki cəhətdən həddən artıq yüklənərkən bu cür ağrılar yaranır. Ağırlıq kəskin şəkildə gücləndikdə kürək nahiyəsində onurğanın normal əyilməsinə mane olan kəskin ağrı yarana bilər. Bu cür hallarda nevroloqla məsləhətləşmək lazımdır.
Hamilə qadınlarda bel ağrılarının profilaktikası
Əgər Siz dayaq-hərəkət aparatının patologiyasından – osteoxondrozdan, skoliozdan (onurğa əyriliyindən), yastıdabanlıqdan əziyyət çəkirsinizsə, yaxud, sadəcə, əzələləriniz zəifdirsə, hamiləliyə haqızlıq dövründə üzgüçülüklə, sağlamlaşdırıcı gimnastika ilə, hamilə qadınlar üçün nəzərdə tutulmuş yoqa ilə məşğul olun. Bu halda, bu məşğələləri hamiləlik dövründə davam etdirməklə Siz əzələlərinizdə və oynaqlarınızda ağrı hissininin güclənməsi ehtimalını əhəmiyyətli dərəcədə azalda bilərsiniz, çünki onlar daha elastik və möhkəm olacaq. Bundan əlavə, yoqa ilə məşğul olarkən oksigen toxumalara daha çox daxil olur və bu, toxumaların davamlılığını artıraraq ağır yüklənmələr zamanı bərpa prosesini sürətləndirir.
Özünə necə kömək etmək olar?
Hamiləlik dövrünün ikinci yarısında dayaq-hərəkət aparatının patologiyası səbəbindən kürək nahiyəsində ağrılar yarandıqda həkimlər xüsusi mərkəzlərdə, peşəkarların nəzarəti altında sırf hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi idmanla (yoqa, pilates, aerobika, üzgüçülük) məşğul olmağı tövsiyyə edirlər. Bu, qarın əzələlərinin və kürəyin möhkəmlənməsinə, oynaqların və əzələlərin elastikliyinin artmasına kömək edəcək.
Həkim qıc olmuş əzələlərin boşalmasına kömək edəcək yüngül massaj tövsiyyə edə bilər. Kəskin ağrılar baş verdikdə fiziki yük məhdudlaşdırılır. Kürəyin, ayaq pəncələrinin yüngül massaj olunması çox faydalıdır. Ayaq pəncələrinin massaj olunması üçün xüsusi massaj xalçalarından, toplardan istifadə etmək olar. Bu cür massaj hər gün 5-7 dəqiqə ərzində aparılır. Bu zaman rahat hisslər yaşamaq çox vacibdir.
Gələcək ananın kifayət qədər uzun müddətdə təmiz havada olması çox zəruridir, çünki günəş işığının təsirindən dəridə kalsiumun normal mübadiləsi üçün vacib olan D vitamini yaranır.
Dayaq-hərəkət aparatının patologiyasının qarşısını almaq üçün ortopedik döşəkdə yatmaq faydalıdır.
4-5 sm-lik hündürlükdə dabanı olan rahat, keyfiyyətli ayaqqabı hamiləlik dövründə mühüm əhəmiyyət kəsb edir. Xüsusi ortopedik ayaqqabı geymək və ya ortopedik ayaqqabı içliyindıən istifadə etmək xüsusən onurğa və oynaq xəstəliklərində çox faydalıdır. Ayaqqabı narahat, dar olduqda onurğaya və oynaqlara düşən ağırlıq düzgün paylanmır və bu, ağrıların yaranmasına səbəb olur.
Oturaq vəziyyətdə işləyərkən mütəmadi olaraq fasilə etmək, oturaq vəziyyəti dəyişmək, gərnəşmək, bir neçə tənəffüs məşğələsi icra etmək lazımdır: nəfəs aldıqda əlləri yuxarı qaldırıb dartınmaq, nəfəsi verdikdə isə əlləri yanlara açaraq bədən boşaldılmalıdır. Bu, oynaqlarda və əzələlərdə qan dövranını yaxşılaşdırır.

Hamiləlik zamanı qadağa olan məhsullar

Hamiləlik zamanı qadağa olan məhsullar

Pendir
Bri, kamamber və s. kimi yosunlu yumşaq pendir, eləcə də analoji tərkibə və qabıq növünə malik pendir – məsələn, keçi südündən hazırlanmış pendir; yosunabənzər mavi damarları olan pendir – məsələn, mavi Danimarka pendiri, qorqonzola və rokfor yemək olmaz. Yosunlu pendirin tərkibində listeriyalar, yəni listerioz yaradan bakteriyalar ola bilər. Hamilə qadının bu infeksiyaya hətta yüngül formada yoluxması da uşaqsalmaya, yaxud körpənin ölü doğulmasına və ya yeni doğulmuş körpədə ağır xəstəliklərə gətirib çıxara bilər.
Yumurta
Çiy və ya kifayət qədər bişməmiş yumurta, tərkibində bu cür yumurta olan qida məhsulları – məsələn, ev mayonezi yemək olmaz. Yumurtanı yeməzdən əvvəl onun yaxşı bişdiyinə, zülalın və yumurta sarısının bərkidiyinə əmin olun. Bu, salmonella ilə zəhərlənmə riskinin qarşısını alır.
Süd
Çiy (pasterizə olunmamış) süd, o cümlədən pasterizə olunmamış keçi və ya qoyun südü içməyin. Tərkibində bu cür süd olan qida məhsulu – məsələn, keçi pendiri yeməyin. Süd termik emal olunmalı və ya pasterizə edilməlidir.
Paştet
Bütün növ paştetlərdən, o cümlədən, bitki mənşəli paştetlərdən uzaq qaçın. Onların tərkibində, yuxarıda qeyd edilmiş listeriya ola bilər.
Ət
Çiy və ya yaxşı bişməmiş ət yeməyin. Əti və quşu yaxşıca bişirin ki, qan izləri və ya çiy yeri qalmasın. Kolbasa və farşla xüsusən ehtiyatlı olun. Bəzi ölkələrdə hamilə qadınlara hisə verilmiş ət və ya balıq yemək tövsiyə olunmur, çünki bu ərzağın tərkibində listeriya bakteriyası ola bilər. Amma, məsələn, Böyük Britaniyada hamilə qadınlara bu cür məsləhət verilmir, çünki orada hesab olunur ki, yoluxma riski olduqca azdır.
Qaraciyər
Qaraciyər və tərkibində qaraciyər olan ərzaq məhsulları – qaraciyər paşteti və ya qaraciyər kolbasası yeməyin, çünki onların tərkibində külli miqdarda A vitamini ola bilər. Həddən artıq böyük miqdarda A vitamini körpənizə ziyan vura bilər.
Balıq
Bəzi balıq növlərini məhdudlaşdırmaq lazımdır. Buraya tuna balığı, eləcə də digər yağlı balıq növləri aiddir. Bundan əlavə, çiy molyusk da yemək olmaz, çünki bu, qida zəhərlənməsinə səbəb ola bilər.
Spirtli içkilər
Əgər hamiləsinizsə, yaxud hamilə qalmağa cəhd edirsinizsə, spirtli içki içməməlisiniz. Spirtli içkilər körpənizin inkişafına ciddi və qarşısıalınmaz təsir göstərə bilər.
Kofein
Hamiləlik dövründə kofein qəbulunu məhdudlaşdırmalı, gündə 200 mq-dan artıq kofein qəbul etməməlisiniz. Yüksək miqdarda kofein dünyaya gətirdiyiniz körpənin bədən kütləsinin az olmasına və hətta uşaqsalmaya səbəb ola bilər. Ayıq olun – qəhvə və çaydan əlavə, kofein təbii şəkildə bəzi qida məhsullarında olur, eləcə də bəzi spirtsiz içkilərin tərkibinə qatılır.
Əgər sevdiyiniz qida məhsulları qara siyahıya düşübsə, məyus olmayın. Bu qadağa müddətində digər yemək növlərinin dadına baxmaq üçün gözəl imkanınız var. Belə ki, hamiləlikdən sonra sevimli yeməklərin siyahısı arta da bilər.

Hamiləlik və Diabet

1-ci tip şəkərli diabeti (insulindən asılı) olan qadınlarda hamiləlik dövrü xeyli sayda ciddi fəsadlarla keçə bilər: hamilə qadının böyrəklərinin, gözlərinin zədələnməsi, hamiləliyin öz-özünə pozulması,dölün ana bətnində olarkən məhv olması, dölyanı suların çox olması, dölün inkişaf qüsurları, hestoz (arterial təzyiqin yüksəlməsi, bədəndə şişkinliklərin yaranması, sidikdə normadan artıq miqdarda zülalın olması kimi əlamətlərlə müşayiət olunan hamiləlik patologiyasıdır), eklampsiya (huşun itirilməsi ilə müşayiət olunan qıcolma tutmaları).
Doğulan körpələrin ölçülərinin böyük olması (çəkisi 4500 qramdan artıq, boyu 55-60 sm) əsasən piy toxuması hesabına olur. Dölün ölçülərinin böyük olması əksər hallarda doğuşun ağır keçməsi ilə müşayiət olunaraq ananın və uşağın travmatik zədələnməsi ilə nəticələnir. Şəkərli diabeti olan qadınlarda bir çox hallarda doğuşun cərrahi yolla icra olunmasına (keysəriyyə əməliyyatı) tələbat yaranır.
1-ci tip şəkərli diabeti olan qadınların bir çoxunda hamiləlik və doğuşu müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmur. Ona görə də belə xəstəliyi olan hər bir qadın hamiləliyə qədər mütləq həkim endokrinoloqla məsləhətləşməlidir. Həkim hamiləliyin mümkün olmasına əmin olaraq buna icazə verdiyi halda, qadın bütün hamiləlik boyu mütləq həm həkim-ginekoloqun, həm də həkim-endokrinoloqun nəzarəti altında olmalıdır.2-ci tip (insulindən asılı olmayan) şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişi və doğuş nisbətən az sayda fəsadlarla nəticələnə bilər. Ancaq bunun üçün qadın bütün hamiləlik boyu mütləq həkim-endokrinoloqun nəzarəti altında olmalıdır.
Şəkərli diabetin formalarından biri də məhz hamiləlik zamanı qadında inkişaf edən şəkərli diabetdir. Şəkərli diabetin bu forması hamiləlik zamanı inkişaf edir və hamiləlik başa çatdıqdan sonra tez bir zamanda keçib gedir. Diabetin bu formasını yaxın qohumlarında şəkərli diabet olan kök qadınlar “əldə edə bilərlər”. Hamilədə olan bu şəkərli diabet doğuşdan sonra 2-12 həftə ərzində keçib gedir. Bəzi hallarda sonrakı 10-20 il ərzində belə qadınlarda şəkərli diabet xroniki xəstəlik kimi inkişaf edir. Bu cür şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişi - 2-ci tip şəkərli diabeti olan qadınlarda olduğu kimi keçir.

Həkim-Endokrinoloq Günay Qasımova