Doğus Sonrası Bərpa

Doğuş Sonrası Bərpa Proqramı haqqında...
Bir qadın, doğuşdan artıq 10-12 həftə keçdikdən sonra təcrübəli məşqçi nəzarəti altında, artıq güc vermədən, körpəni südlə qidalandırmasına ziyan vermədən öz bədənini qaydaya salmağa başlaya bilər. İdman həm ananın gücünü bərpa etməsinə, həm daha enerjik omasına ,həm çanaq dibi əzələlərinin bərkimısinə, həm qarın presinin güclənməsinə, və ən əsası- artıq çəkidən azad olmasına kömək edir.
Hamiləlik zamanı uşaqlığın həcminin böyüməsi ilə qarın əzələləri də dartılıb genişləyir. Beləliklə doğumdan sonra nəticə olaraq sallaq qarın meydana gəlir. Körpəni əmizdirmə prosesi uşaqlığın yığılmasına gətirməsinə baxmayaraq, qarın əvvəlki qaydada toplana bilmir. Qarın forması həm piy qatından, həm də qarın əzələlərinin presindən asılıdır. Lazımi hərəkətləri başlayaraq həm qarın divarını, həm də əzələləri qaydaya gətirmək mümkündür. Bu prosesdə eninəzolaqlı əzələ çox mühüm rol oynayır. Bu əzələ bütün qarın nahiyəsini əhatə edir və düz əzələyə perpendikular yerləşir, belə ki məşq edilməsi gərəkən əzələdir.
Doğuş zamanı əzələlər dartılır və boşalır. Bu əzələlərin aşırı zəifliyi daxili orqanların enməsinə və bağısağın funksiyasının pozulmasına gətirə bilər. Lakin onu da bilmək lazımdir ki, əzələlər məşq edilməzsə zəifləyər! Çanaq dibi əzələləri toplamaq üçün ən bilinən hərəkət-Keqel hərəkəti və onun modifikasiyalarıdır.
Qadınların çoxu sinə problemi də yaşayır və bu problemlə qarşılaşmamaq üçün yalnış davranıb körpələrini əmizdirməkdən imtina edirər. Doğum sonrası bərpa proqramı bu problemi də aradan qaldırmaq üçün nəzərdə tutulub. Süt vəzilərində əzələ yoxdur. Buna görə də gərəkən tədbirlər görülməlidir (nəfəs hərəkətləri,düzgün qol hərəkətləri,qamət və s.)
Bütün bu prosesdə SuperMama sizə kömək olacaq. Lakin unutmamaq lazımdır ki, idmana başlamadan əvvəl mütləq öz həkiminizlə məsləhət etməlisiniz, çünki məhz həkim uşaqlığın nə vəziyyətdə olduğunu və yaraların nə dərəcədə sağaldığını dəyərləndirə bilər.