Aktiv hamiləlik. Yoqa və yürüyüşün faydaları.

Hamiləliyin 4-cü ayına qədər Kundalini yoqanın standart hərəkətlərini yerinə yetirmək olar, təbii ki ondan əvvəl olan hamiləliklərinizin ilk aylarinda düşük olmayıbsa). 4-cü aydan sonra baş-ayaq pozaları,maxa-bandxu və diafraqmal kilit etmək məsləhət deil.
Hərəkətlər əsnasında dərindən və ritmik nəfəs alma əzələ və limf sistemlərindəki ifraz proseslərini qydaya salır. Fiziki gərginlik, çox yorulmamaq şərti ilə çox yararlıdır. Məşqələlər qan dövranını gücləndirməyə, damar problemlərini aradan qaldırmağa, qan təzyiqini normada saxlamağa, yuxu problemini həll etməyə və həzm sisteminə kömək edir.
Həmçinin gəzinti də hamiləliyin gedişatı üçün çox vacibdir. Yürüyüş zamanı pres əzələləri güclənir, onurğa daha hərəkətli olur, dölün sıxdığı mədə bağırsaq sisteminin masajı gedir. Gündə təxmini 5 km yürümək lazımdır. Hamiləliyi dəstəkləyən iki böyük abdominal əzələ(sağ və sol) kişilərdəki əzələlərdən 10 qat daha güclü olmalıdır,əks halda dölü daşımaq çox çətin olar.

SAĞLAM HAMİLƏLİK-AKTİV HAMİLƏLİK!