Günay Əliyeva

Əliyeva Günay ,həkim -pediatr,həm də ana südü və əmizdirmə məsləhətçisi.

Tibb təhsili 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ,2009-2010- cu ildə internatura Ə.Qarayev adına Uşaq Klinik  Xəstəxanasında ,əmizdirmə üzrə təhsilimi isə Ukraynanın Kiyev şəhərində fəaliyyət göstərən “Moloçniye reki”  @milky.rivers əmizdirməyə dəstək kursunda alıb.

2014-cü ildən Pirallahı Tibb Mərkəzində həkim-pediatr,2019-2020 -ci illərdə həmin xəstəxananın Doğum şöbəsində könüllü əmizdirmə məsləhətçisi,2021-ci ilin dekabr ayından isə həkim-neonatoloq kimi fəaliyyət göstərir.

2018-ci ildən bəri əmizdirmə üzrə təhsilimi alar- almaz anaların körpələrini öz südüylə əmizdirə bilməsi üçün həm canlı,həm onlayn,həm sual-cavab formasında dəstək olaraq çalışır .