Yoqa ilə pilatesi birləşdirən məşqlərimiz gələcək anaya rahat hamiləlik keçirməyə və doğuşa hazırlamağa kömək edir.
Təlim məşqlərinin faydası nədən ibarətdir?
*Çəki almanı kontrol etmək
*Çanaq dibi əzələləri məşq etdirmək
* Bel ağrısı, ayaqlarda şişkinlik, qəbizlik, yorğunluq, yuxusuzluq, zəiflik kimi problemlərdən kənarda qalmaq
*Bədəni doğuşa hazırlamaq
*Doğuş və sancı zamanı lazım olan nəfəs texnikasını öyrənmək
*Sancıları yüngülləşdirəcək hərəkət və pozaları öyrənmək
* Orqanizmin endokrin sistemini qaydaya salmaq(məlumdur ki, bu dövrdə hormonların sabitliyi pozulur)
* Sinir sistemini qaydaya salmaq
* Orqanizmi oksigenlə təmin etmək
* Həyəcanlı anlardan uzaq olmaq, əhval-ruhiyyəni yüksəltmək
Bundan əlavə düzgün fiziki hərəkətlərin düşünülmüş və dolğun şəkildə yerinə yetirilməsi doğuşdan sonraki bərpa prosesini də tezləşdirir.
Məşqlərə 14 həftədən başlamaq olar. Həkiminizlə əksgöstərişlər barəsində məsləhətləşmək zəruridir.
Dərslər həftədə 2 dəfə keçirilir. Yoqa və pilates elementlərindən ibarət olan dərs, 60 dəqiqə davam edir. Ayda 8 dərs nəzərdə tutulub, onlarda 1 teoretik dərsdir.