HAMILƏLƏRDƏ GÖRÜNƏN DƏRİ DƏYİŞİKLİKLƏRİ
Hamiləlik dövründə görünən hormonal aktivlik bədənimizdə bir çox funksiya və xarici görünüş dəyişikliklərinə səbəb olur. Bu zaman müddətində dəridə də dəyişikliklər baş verir. Hamilə qadında hansı problemlərin olub-olmayacağını qabaqcadan müəyyən etmək mümkün olmur. Ana olmağa hazırlaşan bəzi qadınlarda hamiləlik dövründə heç bir dəri problemləri olmasada, bəzilərində isə ləkələr, dəri quruluğu, qarında çatlar, qaşıntı v.s. kimi problemlər ortaya çıxa bilir. Bu cür dəri problemləri sırf hamiləlik zamanı hormonal dəyişikliklərlə bağlı və ya daha öncədən olan dəri xəstəliklərin şiddətlənməsi ilə bağlı ortaya çıxa bilər.
• Pigmentasiya artış –“ Məmə uclarında və digər nahiyələrdə tündləşmə”. Hamilə anaların, ən çox əsmər olanların 70-90%-ində östrojen səviyələrinin artması ilə məmə ucu, qoltuq altı və qasıq nahiyələrində dəri rənginin tündləşməsi müşahidə olunur.
• Line nigra – “Latınca - Qara xətt” deməkdir. Anatomik olaraq göbək deşiyi ilə qasıqların tam ortasında yerləşən pubis`ə doğru uzanan ağ xəttin tündləşməsiylə ortaya çıxan xətdir. Hamiləlikdən sonra öz-özünə keçib gedir.
• Strialar – “Çatlar” . Hamiləlikdə qadınların çoxunda qarın, bud və sinə nahiyələrdə çatlar ortaya çıxır. Bu dərinin aşırı dərəcədə dartılması ilə bağlı olaraq əmələ gəlir. Ilk öncə qırmızı rəngdə xətlər şəklində olan bu çatlar zaman keçdikcə dəri rənginə dönüşür. Bu çatlar kosmetik problem yaradacaq qədər yayıla bilər. Çatların əmələ gəlməsi genetik faktorlarla bağlıdır. Bəzi qadınlarda hamiləlik dövründə çəkinin çox olmasına baxmayaraq heç bir strialar yaranmır, amma bəzilərinin çəkisi az olsada dəridə çatlar yaranır. Bu problemin qarşısını almaq üçün hamiləliyin ən erkən dönəmlərində ”antistrech" kremlərindən istifadə etmələri tövsiyə olunur. Bu kremlərin istifadə məqsədi dərini nəmləndirib dartılmasına kömək etməkdir. Və sonda onu da vurğulamaq istəyərdim ki, su və maye qəbulu da çox vacibdir. Bədənə daxil olan su miqdarı yetərsiz olsa dəri elastikliyi azalır və çatların yaranması daha da asanlaşır.
• Ləkələr – “Melazma” Üzdə pigment dəyişiklikləri (melazmalar) ən çox yanaq, alın, üst dodaq, burun və çənədə qəhvəyi rəngdə ləkələr şəklində ortaya çıxır. Xüsusilədə bahar və yay mövsümlərdə günəşin bu mənfi təsirlərdən qorunmaq üçün mütləq günəşdən qoruyucu SPF faktorlardan düzgün istifadə etmək lazımdır. Əziz hamilə oxuyucularımız, bütün SPF faktorların qoruyucu müddəti 2 saatdır, hətta günəş qoruyucu kremlərini buludlu havalarda da hara getsəniz özünüzlə çantanızda daşıyın və hər 2 saatdan bir mütləq üzünüzə sürtün.
• Hemangiomalar Ən çox üz və boyun nahiyələrdə hörümçək şəkildə və bədənin müxtəlif nahiyələrində qırmızı xallar kimi görünən hemangiomalar hamiləlik dövründə ortaya çıxa bilər. Və bəziləri hamiləlik bitdikdən sonra yoxa çıxır, bir şikayət vermədikcə müalicəyə ehtiyac yoxdur.
• Ovuc içi qızartılar Hamiləlik dövründə fiziolojik olarak ortaya çıxan qızartılar ovuç içlərində və nadirən ayaq dabanlarda görünür. Bu qızartılara qaşıntı şikayəti də əlavə olunur. Östrojen artması səbəbilə ortaya çıxan bu problem ümumilikdə nəmləndirici kremlərlə bərpa olunur.
• Dəri quruluğu və qaşıntı Dəri quruluğun əsaslı səbəbi körpənin bədəndə mövcud olan mineral və vitaminləri özü üçün qəbul etməsidir. Buna görədə ana bədəni lazımlı dərəcədə maye qəbul etməzsə və bəslənməsə dəridə quruluq daha da artar. Ən çox üz və qarın dərisində quruluq qaşıntı yaradıb müxtəlif səpkilərə yol aça bilər. Əziz hamilə oxuyucularımıza tez-tez nəmləndirici kremlərin istifadəsi tövsiyə olunur.
Uzman-Dermatoloq Lalə Cahangirova

Hamiləlikdə dəri dəyişiklikləri
18
may 16