Ana südünün faydaları

Ana südü körpə üçün ən sağlam qida və içəcəkdir.

Elmi araşdırmalara görə, 6 aylarına qədər ana südü ilə, ondan sonra isə əlavə qida ilə ana südünə davam edən uşaqlar infeksiya,pnevmoniya, diareya, meninqit , "Körpənin Qəfil Ölümü" adlı sindroma və viruslara qarşı daha qorumalıdırlar. Bundan əlavə, ana südü körpənin kilo almasına, boy atmasına, yəni  ümumi inkişafına  kömək edir.

Körpəni ana südü ilə qidalandırmaq sadəcə körpəyə deyil, anaya da xeyirlidir, çünki:

Uşaqlıqın bərpasına kömək edir

Qanaxma və infeksiya riskini azaldır

Uşaqlıqda, yumurtalıqda  bədxassəli şişin yaranma riskini azaldır

Kilo azalmasına köməklik edir, çünki  süd verərkən kaloriya yandırılır , bu da piylərin əriməsinə gətirir.

Ananın psixoloji vəziyyətinə müsbət təsir edir, çünki ana özünü rahat hiss edir, üstəlik “ana-övlad” emosional  bağı yaranır.

Ana südü ilə bəsləməyə nə vaxt başlamaq lazımdır?

Ən uyğun olanı əmizdirməyə doğumdan dərhal sonra başlamaqdır, çünki beləliklə siz süd axımını artırmış olursunuz. İlk günlərdə südü az olması sizi narahat etməsin, çünki  təzə doğulan uşağın mədəsi zeytun tumu ölçüsündədir.

Əgər ana düzgün diyetaya riayət edərsə və əmizdirməni kəsməzsə  suya və əlavə qidalara ehtiyac qalmayacaq. Nəzərə çatdıraq ki, əlavə qidalar körpənin süddən imtina etməsinə səbəb ola bilər.

İlk günlərində körpə  əvvəl  kilo itirir,  ikinci həftəyə əvvəlki kilosuna qayıdır, sonra isə kilo almağa başlayır.

Ana bətnindəki dövrdə lazım olan maddələri körpə ananın qanı vasitəsilə alır. Doğumdan sonra qida şəkli dəyişir.  Körpənin həzm sistemi hələ tam inkişaf etmədiyi üçün , onun  qidası  ağır olmamalıdır. Qidanın tərkibi körpənin toxumalarına nə qədər yaxın olarsa, həzmi də o qədər rahat olar.

Ana südünün tərkibi:

Ana südünün ZÜLALI  əsasən çox asanlıqla həzm olunan serum zülalından ibarətdir (Albumin və Qlobulin).  Kazeinin (həzmi çətin olan zülalın) miqdarı ana südündə inək südündən 10 dəfə  daha azdır və beləliklə  mədə turşusunun təsiri altında rahatca həzm olunur. Ayrıca  ana südündəki xüsusi fermentlər (tripsin, pensinogen ve s.) həzmi cox daha rahatlaşdırır.

Öz tərkibinə görə  ana südündə inək südünə nisbətən 2 dəfə daha çox YAĞ var. Tərkibindəki lipaza fermenti sayəsində  yağlar daha tez həll olunur.

Ana südünün 90% KARBOHİDRATı  laktozadan ibarətdir. Laktoza təsiri altında B vitaminini yaradan mikroblar daha yaxşı inkişaf edir.   Həm laktoza, həm də digər  karbohidratlar ana südündə patogen hüceyrələrin inkişafına mane olan bifidobakteriyaların boyunu artırır. Belə ki, ana südü ilə qidalanan uşaqlar  bağırsaq problemləri ilə daha az üzləşirlər.

MİNERALLAR. Fosfor  və Kalsium kimi mineralların  ana südündəki və inək südündəki nisbəti 2:1-dir.  Fe, Zn və Cu kimi  minerallarla da ana südü inək südündən daha zəngindir, və ana südünün həzmi daha asandır.

Araşdırmalara əsasən, ana südündə laktoferin, interferon, immunoqlobulin, lizosim ve s. kimi  immunoloji aktiv maddələr sayəsində körpənin orqanizması infeksiyalara daha dayanıqlıdır.

Ana südünün növləri:  

KOLOSTRUM-birinci süd. Bu süd hamiləliyin son günlərində və doğumdan dərhal sonra ifraz olunan süddür.   Ilk günlərdə kolostrumun az olması və ya olmaması sizi narahat etməsin. Körpəni daha sıx əmizdirərək bu problemi aradan qaldıracaqsınız.  Kolostrum körpə üçün çox faydalıdır, çünki tərkibində immunoqlobulin, lizosim, vitaminlər ,infeksiyalardan qoruyan leykositlər və s.mikroelementlər var.  Bunlardan əlavə kolostrumun  yüngül qarın işlətmə effekti  və boy artırma effekti var, bu da bağırsağın inkişafına və təmzlənməsinə çox kömək göstərir.

Doğumdan 3 gün sonra artıq kolostrum öz strukturunu dəyişir. Yaranan süd 2-3 həftə gəlir.

Bir əmizdirmədə gələn südünn də tərkibi fərqli olur. əmizdirmənin ilk dəqiqələrində gələn süd  zülalla daha zəngindir. Rəngi maviyə çalır.  İlərləyən dəqiqələrdə tərkib dəyişir. Sonradan gələn südün rəngi daha bəyaz olur, çünki daha yağlı və daha energetikdir.  Ona görə süd tam bitdikdən sonra digər tərəfə keçmək lazımdır.

Südün az olması və ya olmamasının səbəbləri.

Əslində südün tamamən gəlməməsi halı sadəcə 5% qadınlarda rast gəlir.  Əksər hallarda bu hormonal dəyişikliklərlə əlaqəli olur.  Bütün digər hallarda bu problemi aradan qaldırmaq mümkündür. Bunu üçün aşağıdaki səbəblərdən azad olmalısınız:

Stress

Hamiləlik zamanı yanlış qidalanma

Körpəni gec-gec əmizdərmə

Ərkən və lazımsız əlavə qidaya keçmə

Körpəni cədvələ əsasən yedizdirmə, istədiyi zaman deyil.

Südün artmasının yolları.

Çox sadə olsa da, südünüzün artması üçün sizə lazım olan:

Yeteri miqdarda su

Yuxu

Təmiz hava

Müsbət emosiyalar

Düzgün qidalanma

Kontrastlı duş

Hamiləliyinizdə hər zaman sizinlə

“SuperMama”