Fitnes
Keysəriyyə əməliyyatı ilə doğuş edəcək analara məsləhətimiz məhz fitnes məşqləridir
Bu hərəkət növü hamilə qadınlarda müəyyən fiziki ağırlıqların aradan qaldırılmasına yönəldilmişdir. Bərpaedici hərəkətlərin faydası haqqında bunları bilmək lazımdır:
Sistemli məşğələlər hamiləlik ərzində artıq çəki almamağa kömək olur
Ürək damar sisteminin, sinir və nəfəs yollarının fəaliyyətinin daha yaxşı şəkildə bərpası
Maddələr mübadiləsinin yaxşılaşdırılması.Bu da ananın və körpənin lazımi şəkildə oksigenlə təchizinin təmin edilməsidir.
Bundan əlavə düzgün fiziki hərəkətlərin düşünülmüş və dolğun şəkildə yerinə yetirilməsi doğuşdan sonraki mərhələni də təmin edir. Belə ki, xüsusi hərəkətlər nəticəsində qadın hamiləlik zamanı bədənin görünüşündə yaranmış bəzi qüsurların bərpasını məhz fitnes vasitəsilə təmin edə bilər.
Bunu da unutmayın ki, sağlam hamiləlik fəallıqdan gəlib keçər.
Məşqlərə 20-30 həftələr arası, həkim icazəsi ilə məşğul olmaq olar.