Yoqa ilə pilatesi birləşdirən məşqlərimiz gələcək ananı doğuşa hazırlamağa kömək edir.
Təlim məşqlərinin faydası nədən ibarətdir?
*Bədəni doğuşa hazırlamaq
*Çanaq dibi əzələləri doğuşa hazırlamaq
* Bel ağrısı, ayaqlarda şişkinlik, qəbizlik, yorğunluq, yuxusuzluq, zəiflik kimi problemlərdən kənarda qalmaq
*Doğuş və sancı zamanı lazım olan nəfəs texnikasını öyrənmək
*Sancıları yüngülləşdirəcək hərəkət və pozaları öyrənmək
* Orqanizmin endokrinik sistemini qaydaya salmaq(məlumdur ki, bu dövrdə hormonların sabitliyi pozulur)
* Sinir sistemini qaydaya salmaq
* Orqanizmi oksigenlə təmin etmək
* Həyəcanlı anlardan uzaq olmaq, əhval-ruhiyyəni yüksəltmək
Bundan əlavə düzgün fiziki hərəkətlərin düşünülmüş və dolğun şəkildə yerinə yetirilməsi doğuşdan sonraki bərpa prosesini də tezləşdirir.
Məşqlərə 14 həftədən başlamaq olar. Həkiminizlə əksgöstərişlər barəsində məsləhətləşmək zəruridir.