Hamilə qadınlar üçün mükəmməl ayaqqabılar
Siz yəqin bilirsiniz ki, hamiləlik dövründə stilet və digər bu kimi hündürdaban ayaqqabılar geymək qadağandır. Hündürdaban ayaqqabılar baldır əzələlərinin yığılmasına səbəb olur və bu, aşağı ətrafların arxa hissəsində ağrılar yarada bilər. Vyetnam başmaqları, yastıdaban ayaqqabı və dayağı olmayan digər bu kimi ayaqqabıların da hamiləlik zamanı geyilməsi arzuolunmazdır. Amma bu, hamiləlik dövründə idman ayaqqabılarının və digər klassik “rahat” ayaqqabıların geyməməlisiniz mənasına gəlməz.. Ayaqlarınıza dayaq verən alçaq dabanlı ayaqqabılar geyməyə çalışın.
Balet ayaqqabıları
Balet ayaqqabıları nəfisdir və hamiləlik dövründə geyilmək üçün məqbul sayıla bilər, amma Siz daha təhlükəsiz və dayaqlı ayaqqabıya – dabansız və ya alçaq dabanlı ayaqqabılara üstünlük verməlisiniz. Ayaq dabanının üzərindən keçən ip yeriş zamanı ayaqqabını ayaqda sabit saxlayacaq. Daban yerə doğru alçaqda olduğundan, ayağınız yerlə təbii bucaq altında təmasda olacaq. Mükəmməl amortizasiyaya malik olan və pəncələrinizə dayaq verən geniş balet ayaqqabılarına üstünlük verin. Balet ayaqqabıları istər sadə, istərsə də bəzəkli olduqlarından, Siz iş yerindən bayram tədbirinə, oradan da idman yarışına gedə bilərsiniz. Hamiləlik dövründə ayaqqabı seçərkən hamiləlik müddətində tədricən şişə biləcək ayaqlarınızın rahat oturması üçün sərbəst ayaqqabılara üstünlük vernməlisiniz.
Uzunboğaz, alçaqdaban çəkmələr
Əgər Sizin hamiləliyiniz qış fəslinə təsadüf edirsə, ayaqlarınızda lazımınca dayaq verməklə bərabər, ayaqlarınıza gözəllik verəcək və onları isti saxlayacaq ayaqqabılara ehtiyacınız olacaq. Asanlıqla geyilə bilən, möhkəm və ipsiz ayaqqabı əldə edin. Hamiləliyinizin 7-ci ayında ayaqqabınızı ayağınızda rahlamaq üçün əyilə bilməyəcəksiniz. Yaxşı amortizasiyaya malik olan və baldırlarınıza dayaq verən, geniş ayaqqabı seçin. Hündürlüyü cəmi 2,54 santimetr və ya daha az olan ayaqqabılar məsləhət görülür. Sürüşkən və ya buzlu səthlər üçün nəzərdə tutulmuş təhlükəsiz altlıqlı ayaqqabı seçin.
Loferlər
“Parents Magazine” jurnalına əsasən, əksər lofer ayaqqabıların malik olduğu alçaq dabanlar hamiləlik dövründə çəkinizi saxlamağa, öz müvazinətinizi hündürdaban ayaqqabılardan daha yaxşı saxlamağa kömək edəcək. Yaş və ya buzlu səthlərdə və ya səkilərdə sürüşməmək üçün rezin altlıqlı lofer ayaqqabılarına üstünlük verməlisiniz.
Sliponlar
Heç də bütün idman ayaqqabıları ipli və Velkro zolağına (lipuçka) malik olmur və ayaqlarınızda sürüşür, ayaqlarınızın və qarnınızın şişdiyi hamiləlik dövründə isə bunun təsiri böyükdür. Sliponlar ənənəvi atletik ayaqqabılara nisbətən daha dəbli görünə bilər, Siz isə hər zaman qaçmağa getmək niyyətində olmaya bilərsiniz. Sərbəst geyimə üstünlük verilən ofislərdə gündəlik geyinmək üçün qara dəridən hazırlanmış sliponlar seçin. İstirahət günlərində kətan parçadan tikilmiş, açıq rəngli ayaqqabı geyinin. Ayaqqabının ayağınıza rahat oturduğuna və ayağınıza lazımınca dayaq verdiyinə əmin olun.
source: www.modernmom.com