Körpəmə su içirməyə nə vaxtdan başlaya bilərəm?

Körpəmə su içirməyə nə vaxtdan başlaya bilərəm?
Əgər Siz anasınızsa, bu sualı özünüzə dəfələrlə vermisiniz. Həmişəki kimi, bu barədə çoxsaylı mənbələr və fikirlər mövcuddur, amma son nəticədə valideyn bu qərarı, mövcud səciyyəvi vəziyyətdən asılı olaraq özü qəbul etməlidir. Bununla belə, uşağınıza su içirməyi qərarlaşdırmazdan əvvəl bununla əlaqədar bəzi faktları bilməyiniz məsləhətdir:
Adətən, südəmər körpələrin əlavə suya ehtiyacı olmur – ana südü 88% sudan ibarətdir və körpənizi bütün zəruri mayelərlə təmin edir. Hətta anadan olduqdan sonra ilk bir neçə gün ərzində, ana südünün qəbulundan əvvəl körpənin lazımi qədər maye qəbul etməsi üçün ağız südü kifayət edir (körpəni düzgün qidalandırmaq şərti ilə). Adətən, düzgün qidalanan südəmər körpələrin hətta isti havada da əlavə suya ehtiyacı olmur. Hətta həddən artıq isti, quraqlıq havada körpə özünə lazım olan bütün mayeni ana südündən alır. Yalnız ana südü ilə qidalanan körpələrin suya tələbatı müxtəlif yerlərdə (rütubətli və quraqlıq şəraitdə), 22-41°C (71.6-105.8°F) temperatur və 90-96% nisbi rütubət şəraitində dəfələrlə tədqiq olunub. Bu tədqiqatlar göstərir ki, ana südü körpəyə lazım olan bütün mayeləri təmin edir.
Süni qida ilə qidalanan körpələrin də əlavə suya çox ehtiyacı olmur. Bəzi mənbələr hava həddən artıq isti olduqda süni qida ilə qidalanan körpələrə əlavə su içirilməsini təklif edir (halbuki, əlavə su ehtiyatını daha tez-tez qidalanmaqla ödəmək daha yaxşıdır), yaxud körpənin hərarəti yüksək olanda ona əlavə su içirmək olar (bu barədə körpənin həkimi ilə məsləhətləşin). Əgər körpənizə 6 ayından əvvəl su verirsinizsə, suyu qaynadın və körpəyə verməzdən əvvəl soyudun. 6 aydan yuxarı körpələrə verilən suyu qaynatmağa ehtiyac yoxdur. Körpələr üçün qablaşdırılmış suyu məsləhət görülmür, çünki adətən qablaşdırılmış su steril olmur. Əgər 6 aydan kiçik körpələrə qablaşdırılmış suyu içirmək istəsəniz, bu suyu qaynadıb soyutmalısınız. Bir çox mineral suların tərkibində natrium və ya sulfat var, bu isə körpələr üçün yararlı deyil. Şüşənin etiketini oxuyun - əgər mineral suyun tərkibində natriumun miqdarı (həmçinin, “Na” kimi qeyd olunur) bir litrdə 200 milliqramdan (mq), sulfatın miqdarı isə (həmçinin, “SO” və ya “SO4” kimi qeyd olunur) bir litrdə 250 milliqramdan artıqdırsa, bu su körpə üçün ziyanlıdır.

• Yeni doğulmuş (xüsusən, 4-5 həftədən kiçik) körpələr
Yeni doğulmuş körpələrə əlavə su vermək təhlükəlidir. İki aydan kiçik körpələrə əlavə su verilməməlidir. Əlavə su bilirubin səviyyəsinin artmasına (sarılığa), ifrat çəki azalmasına və yeni doğulmuş körpənin xəstəxanada çox qalmasına səbəb ola bilər. Həddən artıq su “ağız suyunun intoksikasiyası” adlanan ciddi vəziyyətə gətirib çıxara bilər. Əlavə su körpənin bədənini kalorisiz maye ilə doldurur və beləliklə də, onun çəkisinin itirilməsinə (yaxud, kifayət qədər çəki toplamamasına) səbəb ola bilər. Əlavə su qəbul edən körpələrin qidaya marağı azalır. Əgər körpə lazım olduğu qədər qidalanmazsa, ana südünün qəbulu uzun vaxt apara bilər və bu, ananın optimal süd təchizatını ləngidə, yaxud ümumiyyətlə qarşısını ala bilər.
• Körpələr yeni doğulma mərhələsini keçir
Həddən artıq su ana südünün qəbuluna mane ola bilər, çünki çox su içən körpədə süd içməyə yer qalmır. Körpə üçün ana südündəki qida maddələri və kalorilər vacibdir, suda isə bütün bunlar yoxdur. Ana südündə hətta ən isti havada belə körpənin ehtiyacı olduğu bütün maddələr var. Sizin 4-6 aylıq körpəniz fincandan istifadə etməyi öyrənərkən gündə iki dəfə (24 saat ərzində 56 qramdan artıq olmamaq şərti ilə) ona bir neçə qurtum vermək yaxşı və məzəli olar. Bərk maddələr verməyə başladıqda isə bununla birlikdə ona bir neçə qurtum süd və ya su da verə bilərsiniz – bəzi körpələrdə bu, qəbizliyin qarşısını almaq üçün vacibdir.
• Daha böyük uşaqlar və gəzməyə başlayan uşaqlar
Daha böyük körpələri ana südü ilə qidalandırmaqda davam edin və azacıq su təklif edin. Ana südü kifayət qədər maye ilə təmin etdiyindən, məhdudiyyətsiz olaraq ana südü ilə qidalanan daha yaşlı körpələr və gəzməyə başlayan uşaqlar öz maye tələbatını ana südü ilə ödəyə bilər. Digərləri qəbizliyin qarşısını almaq üçün bərk maddələrlə azacıq su qəbul edə bilər. Butulkaya ehtiyac yoxdur – sadəcə, fincan təklif edin. Yemək zamanı, yaxud başqa bir şəxs su işərkən körpəyə bir fincan su təklif edin və onun içib-içməməyi seçməsinə imkan yaradın.

Körpə üçün suyun qaynadılmasını nə vaxt dayandırmaq olar?
Körpənin yaşından asılı olmayaraq, onun üçün süni qida hazırlayarkən suyu həmişə qaynatmaq lazımdır, çünki süd tozundakı bakteriyanı isti su məhv etməlidir. Bununla belə, körpə 6 ayına çatan kimi Siz ona bilavasitə qaynanmamış su verə bilərsiniz. İstəsəniz, su filtrindən istifadə edə bilərsiniz, amma bu zaman filtr istehsalçısının təlimatlarına riayət etmənizdən əmin olmalısınız. Filtrdən süzülmüş suyu soyuducuda saxlayın, çünki filtrləmə prosesində kran suyunu təmiz saxlamaq üçün istifadə olunan xlor kimi bəzi qatqıları yox edir. Qablaşdırılmış su alarkən çalışın ki, həmin suyun tərkibində natriumun və sulfatların miqdarı az olsun. Yuxarıda qeyd olunduğu kimi, etiketin üzərində Na (natrium) və SO və ya SO4 (sulfat) işarələrini axtarın. Natiumun miqdarı bir litrdə 200 mq-dan, sulfatın miqdarı isə 250 mq-dan artıq olmamalıdır. Aldığınız şüçənin surğuçun bütövlüyündən əmin olun. Əgər körpəniz bir yaşına çatanadək hər növ suyu qaynatmağa üstünlük verirsinizsə, bunu davam etdirin ki, proses Sizi çaşdırmasın.
Beləliklə, körpəmə su içirməyə nə vaxtdan başlaya bilərəm?
Körpələr 6 ayına çatdıqdan sonra uşaqlarda müəyyən ftoridlərə ehtiyac yarana bilər, ona görə də indi onların pəhrizinə bir qədər əlavə su qatmaq (xüsusən, əgər ana südü ilə qidalanırlarsa), yaxud onun süni qidasını ftor tərkibli su ilə hazırlamaq olar. Amma 6 ayına qədər sağlam uşağın əlavə suya ehtiyacı olmur.