Körpəm nə zaman bal yeyə bilər?

Körpəm nə zaman bal yeyə bilər?

Balın körpəyə yedizdirmək üçün faydalı və təbii qida maddəsi olduğu düşünülsə də, körpənin ən azı 12 ayı tamam olmamış ona bal yedizdirmək olmaz. Balın tərkibində Clostridium botulinum adlı bakteriya sporları ola bilər – bu bakteriya körpənin hələ yetkinləşməmiş həzm sistemində kök salaraq nadir, lakin ölümlə nəticələnə bilən uşaq botulizminə səbəb ola bilər.

Bu sporlar, adətən, böyüklər və 1 yaşdan yuxarı uşaqlar üçün təhlükəsizdir, çünki normal halda bağırsaqlarda mövcud olan mikroorqanizmlər bakteriyaların artmasının qarşısını alır.

Əgər körpəniz hazır yemək yeyəcəksə, təhlükəsizliyi təmin etmək üçün yeməyi balla hazırlamayın (məsələn, bişirilən çörəyin və ya puddinqin tərkibində bal ola bilər). Toksinlər istiliyə qarşı həssas olsa da, sporları məhv etmək çətindir. Mağazalarda satılan və tərkibində bal olan məhsullar – məsələn, səhər yeməyi üçün hazırlanmış dənəvər çörək və uşaq qidası körpəniz üçün təhlükəsizdir, çünki onlar kifayət qədər isidilərək tərkibindəki sporlar məhv edilib.

FDA (qida və tibbi preparatların keyfiyyətini konrolu)  digər şəkər əvəzləyicilərini (məsələn, açıq və tünd rəngli qarğıdalı siropunu) sınaqdan keçirib və zərərli bakteriyalar aşkarlanmayıb. Amma hansı qidanın körpəniz üçün daha təhlükəsiz olduğu barədə uşaq həkimi ilə məsləhətləşmək daha məqsədəuyğundur.

Uşaqda əzələ zəifliyi işə müşayiət olunan qəbizlik varsa, əmmədə  çətinlik çəkirsə, çeynəməsi zəifləyibsə, uşaq əzgindirsə və tez-tez ağlayırsa, bunlar botulizmin simptomlarıdır. Bu halda dərhal həkimə müraciət etmək lazımdır.

 

Toksikoloq və qida mütəxəssisi- Charles Santerre