Qorxunun Doğuşa Təsiri

Qorxu insanın təbii hisslərindən biridir.

Bütün hisslər kimi qorxunun da həm zehni, həm də fiziki məqamları var. İnsan vücüdunda bu hissin araşdırılmasında köməkçi olan bir bölgə-amiqdala- həssas təcrübələrin yaddaşda təmsilini təmin edən bir beyin bölgəsidir.

Normal insanlarda qorxu ifadəsi daşıyan simaların görülməsi sol amiqdalanı aktivləşdirir. Bu aktivləşmənin dərəcəsi üz ifadəsindəki qorxunun çoxluğu ilə bağlıdır. Bu səbəbdən televiziyada doğuş səhnəsi görəndə(eşidəndə), tanışların çətin doğum haqqında hekayələrini (reaksiya,sözlər və s.) dinləyəndə şüuraltı doğuş qorxusu formalaşır.  

Qorxunun doğuşa mənfi fiziki təsiri avtonom sinir sistemini işə salır. Avtonom Sinir Sisitemi (ASS)- bütün bədənin ahəngdar işləmə sistemidir. ASS- mesajlar alır, bu mesajlara uyğun hərəkət planlayır və bədənin digər üzvlərinə xəbər verir. Bütün bunlar şüuaraltı baş verir. ASS- simpatik və parasimpatik sistemdən ibarətdir. Parasimpatik sinir sistemi “hər şey yaxşıdı” vəziyyətində çalışır. Stress altında isə simpatik sistem dövrəyə girir. Bu sistem “bədəni qoru!” sistemidir. “Savaş, Qaç yada Don” bu sistemi prinsipidir.

Parasimpaik sistem çalışmağa başlayanda göz bəbəkləri böyüyür, nəfəs tezləşir, ürək döyüntüsü artır, böyük damarlar sıxılır və orqanlara gedən qan miqdarı azalır. Beləliklə bütün bədən “təhlükəyə” qarşı dirənir.

Bəs bütün bunların doğuşla nə əlaqəsi var?

Əgər doğuş qorxusu vaxtında aradan qaldırılmazsa , doğuş vaxtı stress hormonları ifraz olunmağa başlayır. “Təhlükə” anında qan bədənin qorunmasında iştirak edən orqanlara gedir. Lakin uşaqlıq qoruma orqanı deyil. Buna görə də uşaqlığa qan  göndərən damarlar büzülür. Beləliklə uşaqlığa az qan və oksijen getməyə başlayır, uşaqlıq boynu gərginləşir və sərtləşiər. Bu halda doğuş da uzun çəkir.

Qorxu uşaqlıq funksiyasını pozduqda nə baş verir?

Uşaqlığın uzunlamasına əzələləri girdə bağı yuxarıya  çəkilməlidir (beləliklə rəhmin boynu açılır). Qorxu olduqda bu əzələlər dirənc göstərir. Beləcə uşaqlıq boynu gərgin qalır və doğuş  vaxtı uzanır.

Bütün bu proses QORXU=GƏRGİNLİK=AĞRI sikli olaraq ifadə edilir.

Bəs ağrını necə üstələmək olar? Bu haqqda növbəti məqaləmizdə.